Ermənistan ordusu təxribatları səngitmir: Sərhədçi əsgərimiz yaralandı

Ermənistan ordusu təxribatları səngitmir: Sərhədçi əsgərimiz yaralandı

GünAz TV: Bu gün saat 00:20 radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurul­ub.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

 

Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.

 

Hadisə ilə əlaqəli Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Qu­li­yev düşmənlə təmas xəttinə gedib.

 

Mənbə: Ordu.az

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN