Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələr aclıq aksiyasına başlayıblar

Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələr aclıq aksiyasına başlayıblar

GünAz TV: İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, “Elmin İnkişafı Naminə” təşəbbüsünün üzvü David Petrosyan bu gün tələbələrdən 5-nin aclıq aksiyasına başladığını bildirib.

 

D. Petrosyan da aclıq aksiyası keçirən tələbələr sırasındadır. Aclıq aksiyası edən beş tələbədən dördünün ordu sıralarında xidmət etdiyini nəzərə çatdıran D. Petrosyan deyib ki, onlar bu addımı atmaqla hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması barədə qanun layihəsinə qarşı mübarizə aparırlar.

 

Qeyd edək ki, aksiya bir həftədən çoxdur ki, davam edir. İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan tələbələr dərslərdə iştirakdan imtina edirlər.

 

Ermənistan parlamenti birinci oxunuşda “Hərbi xidmət haqqında” yeni qanun layihəsini qəbul edib. Sözügedən qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN