Ermənistanda keçmiş deputatı həmkarı güllələyibmiş -hadisədən sonra intihar edib

Ermənistanda keçmiş deputatı həmkarı güllələyibmiş -hadisədən sonra intihar edib

GünAz TV: Ermənistanın keçmiş deputatı Karo Karapetyanın öldürülməsində şübhəli bilinən keçmiş parlementari Arutyun Qaragözyan intihar edib.

 

"Qafqazinfo” "TASS”a istinadən xəbər verir ki, bu barədə işğalçı dövlətin polis orqanının mətbuat xidmətindən bildirilib. Qaragözyan Karapetyanı güllələdiyi və adına rəsmiləşdirilmiş silahla özünü öldürüb.

 

Vaxtilə eyni partiyanın üzvü olmuş Karapetyanla Qaragözyan arasında insident biznes məsələlərinə görə baş verib.

 

Xatırladaq ki, "Çiçəklənən Ermənistan” partiyasının üzvü olan Karapetyan şənbə günü Yerevanda restoranların birində odlu silahla qətlə yetirilib. Onun qətlində başlıca şübhəli Qaragözyan hesab edilirdi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN