Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib

GünAz TV: Ermənistanın baş naziri Nikol Paşinyan bu gün səhər saatlarında İrana rəsmi səfərə gedib.

 

Onun İran prezidenti Həsən Ruhani tərəfindən Sədabad sarayında rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdə istefa vermiş İran XİN-in rəhbəri Cavad Zərif də iştirak edib.

 

Görüş zamanı tərəflərin İran ilə Ermənistan arasında mövcud olan dostluq, siyasi, iqtisadi və mədəni əlaqələr barədə fikir mübadiləsi apardığı bildirilir.

 

Qeyd etmək lazımdır ki, İran hər zaman Azərbaycan Respublikasının 20% torpağını işğal etmiş və minlərlə sivil insanını qətlə yetirmiş cinayətkar Ermənistanı himayə edir. Hətta Qarabağ müharibəsi zamanı İran Ermənistana hərbi yardımlar göstərib. Paşinyanın Tehrana səfəri isə 26 fevral Xocalı soyqrımından bir gün sonraya təsadüf edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN