Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Şərqi Azərbaycan əyalətinə gedib

2019-12-05 13:50

GünAz TV: Ötən gün axşam işğalçı rejim Ermənistanın səfiri Artaşes Tumanyan Şərqi Azərbaycan əyalətinə gedib.

 

İşğalçı rejimin səfiri əyalət rəsmiləri ilə görüşündə ölkəsi ilə Şərqi Azərbaycan əyaləti arasında iqtisadi əlaqələrin çox aşağı səviyyədə olduğundan narahatlıq ifadə edib və Ermənistanın İranın bütün bölgələri ilə iki tərəfli iqtisadi münasibətləri gücləndirmək niyyətinin olduğunu deyib.

 

Artaşes Tumanyan həmçinin Ermənistanın Şərqi Azərbaycan vilayəti ilə digər sektorlarla yanaşı, elm və texnologiya sahələrində də əməkdaşlıq etmək niyyətinin olduğunu vurğulayıb.

 

Diplomat çıxışı zamanı İran və Ermənistanın Avrasiya İqtisadi Birliyində qarşılıqlı əməkdaşlıq etmə şanslarının olduğunu vurğulamaqla yanaşı, iranlı iş adamlarını ölkəsinə sərmayə qoymağa çağırıb.

 

“Ermənistan İranla dərman istehsalı, turizm, eləcə də texniki və mühəndislik xidmətləri sahələrində əməkdaşlıq etməyə hazırdır. Biz həmçinin kənd təsərrüfatı, sənaye, eləcə də informasiya və kommunikasiya texnologiyaları sektorlarında da tərəfdaşlıq edə bilərik”, - deyə işğalçı rejimin səfəri fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, İran rejimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən, minlərlə soydaşımızı öldürən və 1 milyon müsəlman azərbaycanlının öz ata-baba yurdlarından çıxaraq məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistana hər növ dəstək göstərən başlıca ölkədir. Hazırda rəsmi Tehran iqtisadi blokadada olan Ermənistan rejimi üçün nicat qapısı hesab edilir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.23.2020 : “Amerika BMT-dən Çindən hesabat istəməyi yələb etdi.”

2020-09-23

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23

gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22