Erşad Salihi: Türkmənlər arasına fitnə salınmasına icazə verməyəcəyəm – Müsahibə / AUDİO

2017-03-31 15:02

GünAz TV: İraq Türkmən Cəbhəsi başqanı Erşad Salihi Kərkükdəki son vəziyyətlə bağlı “Amerikanın Səsi”nə danışıb.

 

“Biz yasal olaraq Bağdaddakı Federal Məhkəməyə şikayətimizi bildirdik. Məhkəmə bunun bir məhəlli hökümət qərarı olduğuna və Bağdad tərəfindən keçərli olmadığına dair qərar verdiyi təqdirdə o bayraqlar təkrar enəcəkdir,” İraq Türkmən Cəbhəsi başqanı və Kərkük millət vəkili Erşad Salihi deyir. “Amerikanın Səsi”nə müsahibədə o, bu günlərdə Kərkükdə yaşanan bayraq gərginliyi ilə bağlı son durumu şərh edib.

 

Kərkükdə bayraq gərginliyi bir neçə gün öncə Kərkük valisinin Kürdüstan Regional Hökuməti bayrağının Kərkükdə dövlət binalarına sancılmasına dair qərarının açıqlanması ilə başladı və qərarın Kərkük Vilayət Məclisində təsdiqi ilə xüsusilə türkmən əhalisinin geniş etirazına yol açdı.

 

Türkmən liderin fikrincə, Kürdüstan Yurdsevərlər Birliyi Partiyasına mənsub vali Nəcməddin Kərim öz partiyası daxilində yaşanan problemlər üzündən kürdlər üçün milli məsələ olan bayraq mövzusunu ortaya atıb.

 

Kürdüstan Yurdsevərlər Birliyi İraqın sabiq prezidenti Cəlal Talabaninin partiyasıdır.

 

Cənab Salihinin söylədiklərinə görə, “vilayət məclisinin çoxunun kürd olduğu üçün orada bu qərar qəbul edildi... Əslində kürd partiyaları üçün bu qərarın dəstəklənməsi zamanı deyildi. Amma Kərkük valisinin öz partisi içində problemləri vardır. O, bu şəxsi problemləri Süleymaniyyə və Ərbildən Kərkükə nəql etmək üçün bu qərarı aldı ki digər kürd partiyaları da yanında tutsun. Məlum, kürdlər üçün milli olan bu məsələ içində bərabər oldular.”

 

Türkmən siyasətçi qərarın İraq konstitusiyasına zidd oluğunu vurğulayır:

“İraq ana yasasına görə, İraq bayrağı hər yerdə dalğalanmaqdadır. Amma, sadəcə Ərbil, Süleymaniyyə və Duhokdan ibarət olan kürd bölgəsində Kürdüstan deyilən bayrağı qaldıra bilərlər. İraq ana yanası yazıldığında kürd partiyaları Kərkükü də kürd bölgəsinə almaq istədilər. Lakin, Kərkükün adı ana yasada ixtilaflı bölgə olaraq keçdi.”

 

Onun sözlərinə görə, Kərkükdə müxtəlif partiyalar öz bayraqlarını ancaq öz partiyalarına məxsus binalarda dalğalandıra bilərlər. “Partiyaların başında hərkəs öz bayrağını qaldırar. Kürdlər Kürdüstan bayrağını, Türkmənlər isə Türkmən Eli bayrağını qaldırar. Ancaq dövlət binaları və rəsmi dairələrdə yalnız İraq bayrağı qaldırıla bilər.”

 

Kürdüstan Regional Hökuməti bayrağının Kərkükdə dövlət binalarına asılmasına türkmənlərin səssiz qalmadığını ifadə edən Salihi İraq Höküməti, Birləşmiş Millətlər və Türkiyənin də qərara etiraz etdiklərini bildirir:

“Biz buna qarşı səssiz qalmadıq. İraq mərkəzi höküməti də səssiz qalmadı. Hər kəsdən dəstək tələb etdik. Amma, yanımızda duran bir Birləşmiş Millətlər təmsilçisi oldu, bir də Türkiyə Xarici İşlər Naziriliyindən qərara təpki gəldi. Bağdad höküməti də bu qərarın yasal olmadığını və hüquqi baxımdan yanlış olduğunu açıqladı.”

 

Kərküklü siyasətçi bayraq qərarına qarşı mitinq keçirən türkmən əhalinin zorakılığa məruz qaldığını deyir:

“Sivil toplum təşkilatları bir yürüş keçirdilər. Yürüşdə Kərkük valisinə tələblərini bildirdilər. Onun üçün orada kürd partiyasının adamları maşınları ilə türkmənlərin üzərinə getdilər. İki yaralımız oldu... Bizim yürüşümüz bitdikdən sonra Süleymaniyyədən gələn qüvvələr havaya atəş açaraq terror havası yaratdılar. Amma insanlarımız onları rədd edib və o bölgədən qovdu.”

 

Türkmən millət vəkili əlavə edir, “biz yasal olaraq Bağdadda federal məhkəməyə şikayət etmişik. Federal məhkəmə bunun məhəlli bir hökümətin qərarı olduğuna və Bağdad tərəfindən keçərli olmadığına qərar verdiyi təqdirdə o bayraqlar təkrar enəcəkdir. Biz şikayətimizi verdik və kəsin bir cavab gözləməkdəyik.”

 

“Biz deyirik ki Kərkük sadəcə kürdlərin deyil, Kərkük əslində bir türkmən şəhəridir. Amma kürd partiyaları Kərkükü kürd bölgəsinə ilhaq etmək planı üzərindən gedirlər,” deyə ifadə edən siyasətçi həmin siyasətin Təlafər, Amirli, Tuzxurmatu və Diyalə kimi bölgələr üzərində də yürüdüldüyünə diqqət çəkir.

 

O, həmçinin Təlafərin yaxınlığında yerləşən Sincar Dağlarında qərargahlanan PKK qüvvələrinin də türkmənlər üçün bir təhdid təşkil etdiyini deyir.

“Sincar bölgəsində bu anda PKK terror təşkilatının Suriya, Türkiyə və İraqdan olan qüvvələri bir araya gəlib və orada terror havası yaradıblar. Orada çatışmalar yaşanır. Bizim qayğımız Türkmənlərin böyük yaşam yerlərindən olan Təlafər üçündür. O baxımdan bizim üçün bir təhlükədir. Ümumiyyətlə Türkmən Eli üzərində yaşanan bir gərginlik vardır. Sözün qısası, nə yazıq ki bunlar siyasət yolu ilə olmur. Bu bölgələrdə söz danışan silahdır,” deyə Erşad Salihi söyləyir.

 

Erşad Salihinin lideri olduğu İraq Türkmən Cəbhəsi İraqda türkmən varlığını təmsil edən başlıca qüvvədir. Cənab Salihi türkmənlərin arasına fitnə soxulmasına icazə verməyəcəyini vurğulayır.

 

“Son bir ilin içində bütün türkmən şəxsiyyətləri, partiyaları, şiəsi, sünnisi, liberalı, islamçısı və milliyyətçisi hamısı bir araya gəldi. Bu gün mən öz dilimdən danışmıram. Tək cəbhədən bəhs edirəm. Bütün türkmən partiyalarının adı ilə danışıram. Bizim şiə qardaşlarımız da vardır Bağdad hökümətinin içində, onlar da bizimlə eynən dayanışma içindədirlər. Eynən dəstək verirlər. Heç bir şəkildə görüşlərimizdə ixtilaf yoxdur. Planlarımız bir, hədəfimiz bir, strategiyalarımız birdir bizim. Türk dünyası bundan əmin olsun, kəsinliklə türkmənlərin arasına bəlli bir fitnəni soxmağa mən izin verməyəcəyəm,” deyə o qeyd edir.

 

 “İraq hökümətinin kabinetində bizə bir nazirlik veriləcəkdir. Biz də onun üzərində anlaşmışıq. Sayın [İraq baş naziri] Heydər əl-Abadiyə bildirdiyimiz zaman o baxanlığı alarıq. Bundan öncə ixtilafımız var idi. Allaha şükür o ixtilafı gedərdik. Onun üçün bu anda baxanlıq namizədi üzərində anlaşmışıq. Bu baş baxana bildiriləcək və Türkmən baxan olacaq,” deyə Erşad Salihi yaxında bir türkmən siyasətçinin İraq hökümətində ticarət ya sənaye naziri olaraq təyin ediləcəyini bildirir.

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

http://www.amerikaninsesi.org/a/iraq-turkmen-cebhesi/3788437.html

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18