Əsgər Əkbərzadə Azərbaycan Milli Hərəkatına qarşı son təxribatlarla bağlı bəyanat yayıb

Əsgər Əkbərzadə Azərbaycan Milli Hərəkatına qarşı son təxribatlarla bağlı bəyanat yayıb

GünAzTV: Azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə “Çətəçilər” bandasının Azərbaycan  Milli Hərəkatına qarşı apardığı son təxribatları barədə bəyanat yayıb.  

 

Bəyanatda deyilir: “Ulu tanrının adı ilə. Ötən günlərdə baş verən bir sıra oyunlar təəssüflər olsun ki, hər bir azərbaycanlı milli-mədəni fəalı ürəkdən narahat etməkdədir. Ayaqlarının biri həmişə ETTELAAT-da olan bəzi insanlar və onlarla eyni mövqedə olan bəzi qüvvələr əl-ələ verərək  milli hərəkatın sadiq fəallarını ləkələməyə çalışır və bu günlər virtual aləmdə daha aktiv rol oynayırlar.

 

Təəssüflər olsun ki, bu çirkin koalisiyanı koordinasiya edən və milli hərəkatın yolunda əngəl törədənləri bir araya gətirən “Dirəniş” təşkilatı və onun mənsublarıdır. Son günlər isə bu planı açıq şəkildə ortaya qoyanlar, “Dirəniş”in əsas üzvlərindən olan İsmayıl Cavadinin yazışmaları və Taymaz Urmulunun paylaşımlarıdır. Bu yazılar və paylaşımlar göstərir ki, “Xocalı” kimi məlum adamların və onun kimilərinin əli ilə milli hərəkatı öz yolundan yayındırmağa çalışanlar bu günlər daha ciddi şəkildə fəaliyyət aparmağa başlayıblar.

 

Mən Əsgər Əkbərzadə milli hərəkatın bir fəalı olaraq bu çirkin oyunları qınayır, bildirirəm ki, keçmişdə olduğu kimi, bu oyunlar da Allahın ümidi ilə  və milli fəalların ayıqlığı və sədaqəti sayəsində təxribatçıların istədiyi nəticəni verməyəcək və və milli hərəkatımız əvvəlkindən də daha güclü şəkildə öz yoluna davam edəcək".

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN