Etiraz aksiyalarında xalqın içinə sızan mülki geyimlilərdən daha biri ifşa edilib- VİDEO

Etiraz aksiyalarında xalqın içinə sızan mülki geyimlilərdən daha biri ifşa edilib- VİDEO

GünAz TV: Son günlər İranın mülki geyimli təhlükəsizlik işçilərinin etirazçıların içərisinə necə sızdıqlarını əks etdirən video yayılıb.

 

Noyabr etirazları zamanı Saridə çəkilmiş həmin videoda nömrəsinin üzəri bağlanmış bir avtomobildə əyləşənlərin həmin mülki geyimli ilə birlikdə etirazçı cavanlardan birini həbs etməyə çalışdıqları müşahidə edilir.

 

Lakin insanların anında həmin yerə çatması nəticəsində onların bütün cəhdləri boşa çıxır, maşında olanlar qaçır, mülki geyimli isə xalq tərəfindən ifşa olunur.

 

Qeyd etmək lazımdır ki, noyabrda keçirilmiş etirazlar zamanı onlarla bu cür mülki geyimlilər xalq tərəfindən ifşa edilib.

 

Bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də İranın təhlükəsizlik qüvvələrinin etirazları vəhşicəsinə yatırmasına dair yeni görüntülər yayılır.

 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN