ETTELAAT Nazirliyi: “Kürdüstanda İŞİD qruplaşmasının 13 üzvü həbs edilib”

ETTELAAT Nazirliyi: “Kürdüstanda İŞİD qruplaşmasının 13 üzvü həbs edilib”

GünazTV: İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) fevralın 21-də bəyanat yayaraq, ölkədə İŞİD terror qruplaşması üzvlərinin tutulmasından xəbər verib.

 

Bəyanatda bildirilir ki, İranın Kürdüstan əyalətində terror aktları törətməyi planlaşdıran İŞİD-çilər, İran təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib: “Kürdüstan əyalətində iki terror qrupu şəklində fəaliyyət göstərən, yerli əhaliyə və bəzi sünni məzhəbli ruhanilərə qarşı terror aktları törətmək niyyətində olan İŞİD-ə bağlı 13 nəfər həbs edilib.

 

Məlum olub ki, tutulan İŞİD-çilərdən bəziləri xarici ölkələrdə hərbi təlimlər keçdikdən sonra, İŞİD qruplaşmasının hərbi əməliyyat üzrə rəhbərlərindən birinin başçılığı ilə ölkədə terror əməliyyadtları keçirməyi plannlaşdırıbmışlar. Tutulan terrorçulardan külli miqdarda partlayıcı maddələr, uzaqdan idarə edilən bombalar və silah-sursat aşkarlanaraq götürülüb”.

 

ETTELAAT-ın bəyanatında həbs edilən İŞİD-çilərin adları və onların İran vətəndaşları olub-olmaması açıqlanmayıb.

 

A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN