ETTELAAT Nazirliyinin İraqda İranın nüfuzunu yaymaq üçün apardığı tədbirlərə dair yüzlərlə sənəd ifşa edilib

ETTELAAT Nazirliyinin İraqda İranın nüfuzunu yaymaq üçün apardığı tədbirlərə dair yüzlərlə sənəd ifşa edilib

GünAz TV: ETTELAAT Nazirliyinin İranın İraqda öz nüfuzunu yaymaq istiqamətində apardığı işlərlə bağlı 700 səhifəlik məxfi məlumatlar yayılıb.

 

“İntercept” online nəşriyyəsi və “New York Times” qəzetinin birgə yaydıqları hesabata əsasən, sənəddə ETTELAAT və “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın 2013-2015-ci illər arasında İraqda İranın nüfuzunu yaymaq, DAİŞ terror təşkilatına qarşı əməliyyatlar və Amerika əleyhinə atılmış addımları ehtiva edən məxfi məlumatlar var.

 

“İntercept” bildirir ki, ələ keçirilmiş yüzlərlə sənəddə çox həssas mövzular yer aldığından, jurnalistlər məlumatların yalnız bəzilərini dərc ediblər və zamanla digər məxfi məlumatları yaymağı da nəzərdə tuturlar.

 

Mətbuat orqanları sənədlərin onlara kimlər və ya hansı qurumlar tərəfindən təqdim edildiyini açıqlamayıblar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN