“FATF”, maliyyə qanunlarında islahatlar aparması üçün İrana verdiyi vaxtın müddətini fevrala qədər uzadıb

“FATF”, maliyyə qanunlarında islahatlar aparması üçün İrana verdiyi vaxtın müddətini fevrala qədər uzadıb

GünAzTV: Dünyada qanunsuz yollarla əldə edilmiş çirkli pulların yuyulmasına, maliyyə fırıldaqçılığına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan “Maliyyə Tədbirləri üzrə İşçi Qrupu” (FATF), İrana maliyyə qanunlarında islahatlar aparması üçün verdiyi vaxtın müddətini daha 4 ay uzadıb.

 

Oktyabrın 19-da “FATF”in Parisdə keçirilən toplantısında yayılan bəyanatda bildirilir ki, İrana ondan istənilən bütün tələbləri yerinə yetirməsi üçün verilən möhlət, 2019-cü ilin fevral ayına qədər uzadılıb: “Təəssüflər olsun ki, İran, “FATF”in onun qarşısına qoyduğu tələblərin böyük bir qismini hələ də yerinə yetirməyib. Ümid edirik ki, İran, maliyyə qanunlarında təcili islahatlar aparılması istiqamətində hərəkət edəcək, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə onun qarşısına qoyulan bütün tələbləri yerinə yetirəcək”.

 

Bəyanatda bildirilir ki, Tehrana verilən əlavə 4 aylıq fürsəti nəzərə alaraq, İranın “FATF”in qara siyahısına salınması müvəqqəti olaraq dayandırılır.

 

Xatırladaq ki, “FATF” bundan əvvəl İrana maliyyə qanunlarında islahatlar aparması və şəffaflığı təmin etməsi üçün oktyabra qədər vaxt vermişdi.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN