Fəal Rəhim Qulami “Çətəçilər”in Azərbaycan millətinə qarşı apardığı təxribat xarakterli əməlləri barədə mövqeyini açıqlayıb

Fəal Rəhim Qulami “Çətəçilər”in Azərbaycan millətinə qarşı apardığı təxribat xarakterli əməlləri barədə mövqeyini açıqlayıb

GünAzTV: Azərbaycanlı fəal Rəhim Qulami, “Çətəçilər”in Azərbaycan millətinə qarşı apardığı təxribat xarakterli fəaliyyəti barədə açıqlama yayıb.

 

Gənc fəal, sosial şəbəkələrdə yaydığı açıqlamasında “Dirəniş” təşkilatının Azərbaycan Milli Hərəkatına qarşı zidd fəaliyyətinə toxunaraq məsələ barədə öz nəzərini belə bəyan edib: “İki tayfa arasında savaş olur. Hər kəs əlinə düşən ağacdan, yabadan götürərək savaşa gedir. Həmin vaxt bir-biri ilə savaşda olan tayfaların birinə Qəzənfər adı ilə tanınan bir kişi də var idi. Qəzənfərin gözlərini yumaraq kor-təbii surətdə camaatın arasında fırlatdığı ağacı öz adamlarına dəyirdi. O isə “Vay dədə vay” səslərini eşidəndə elə bilirdi ki, düşmənləri vurur. Qəzənfərgilin tayfalarının başçısı bunu görüb dedi: “Adə düşməni boşlayın, bu Qəzənfəri tutun. O, düşməndən də betər bizi vurub şil-küt elədi, tutun onu.

 

Bunları deməkdə məqsəd, “Dirəniş”in bugünkü əhvalatına toxunmaqdır. Təəssüflər olsun ki, bu gün “Dirəniş” təşkilatı milli hərəkatımızda eynən Qəzənfər kimi rəftar edir və gözü yumulu şəkildə əlindəki ağacı fırladaraq onun işini görür. Daha doğrusu, bu təşkilat, atalar demişkən “kor tutduğun buraxmaz” məsələni xatırlayır. Lakin bir şey var ki, Qəzənfər özü bilmədən belə hərəkət edir. Ancaq “Dirəniş”, milli hərəkat üçün faydalı bir iş görmədiyi bir halda gözünü yumaraq oxu Ərdəbilə tuşlayıb. Bu təşkilat, həm də post və vəzifə dalınca olan bir qurumdur.

 

Burda (İranda) biz Savalan dağına gedirik tuturlar bizi. Lakin bizdə vəziyyət belə olduğu bir halda bəzi adamların bir ayağı Türkiyədə, bir ayağı da İrandadır. Amma buna baxmayaraq heç kəsin onlarla işi yoxdur. Mən isə yalnız bir şeyə təəccüblənirəm. O da budur ki, niyə keçmişdə passiv olanlar və ya həbsdə olarkən dindirilmə şəraitində sınanlar bu gün bu təşkilata üzv olublar. Axı qorxaq adamlar necə təşkilat qura bilər. Axı boş-boş teorilər adama nə verir ki. Məncə hərəkat əməl meydanıdır və hesab edirəm ki, hər bir millətçi şəxs, istənilən problemi aradan qaldırıb düyünləri açmaq üçün mükəmməl bir açar kimi olmalıdır. Yoxsa vəzifəpərəstlik insanı yıxa, uduzdura bilər.

 

“GAMOH” da bir təşkilatdı. Lakin onlar göstərdikləri fəaliyyətin bədəlini verirlər, halbuki “Dirəniş”in dirənməyi yalnız al-verə keçəndən sonra hərəkatın üstünə dirənməkdir. Bimirəm niyə bu təşkilatın adamları gözə görünmürlər. Olmaya bunlar Cəfər Cin qoşunudurlar. Onlar yalnız virtual aləmdə olurlar, özü də saxta və qondarma adlarla. Bunlar siyasətdən ötrü öz balalarını da qurban verərlər. Bu təşkilatın hərəkatdan xoşu gəlməz. O, yalnız çalışanların üstünə cumub dirənər. Bu təşkilat, gözə görünməz bir təşkilatdır. Bu təşkilatın rəhbərləri dollar alış-verişindən başqa bir şey bacarmazlar”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN