Federika Mogerinidən İrana xəbərdarlıq: “Öhdəliklərinizi azaltmağı dayandırın!”

Federika Mogerinidən İrana xəbərdarlıq: “Öhdəliklərinizi azaltmağı dayandırın!”

GünAz TV: Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İrana xəbərdarlıq edib.

 

O, rəsmi Tehranı öz nüvə razılaşmasını azaltmaq istiqamətində göstərdiyi fəaliyyətləri dayandırmağa çağırıb. Mogerininin sözlərinə görə, əgər İran öhdəliklərini azaltmağa davam etsə, bir daha razılaşmaya geri dönmək tərəflər üçün çətin olacaq.

 

Mogerini həmçinin qeyd edib ki, mütəxəssislər yaxınlarda İranın artıq uran və ağır suyunu ixrac etməsi barədə müzakirələrə başlayacaqlar.

 

Xatırladaq ki, İran may ayının 8-də, Amerikanın nüvə razılaşmasından çıxmasının 1-ci ildönümündə istəklərinin həyata keçmədiyi təqdirdə, öz nüvə öhdəliklərini azaldacağını bəyan etmişdi. İranlı rəsmilər Avropa ölkələrinə 60 gün möhlət verərək, onları “öz nüvə öhdəliklərinə əməl etməyə” çağırmışdılar.

 

İyulun 7-də, bu müddətin bitməsindən sonra İran öhdəliklərini azaltmaq istiqamətində 2-ci addıma başladığını, bununla da artıq uranın zənginləşdirilməsində və depolanmasında nəzərdə tutulan hədlərə əməl etməyəcəyini bəyan etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN