Fələstin səfiri Amerikadan qovuldu

Fələstin səfiri Amerikadan qovuldu

GünAz TV: Fələstinin Vaşinqtondakı diplomatik missiyasının başçısı Husam Zomlotun və onun ailəsinin  Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşamaq üçün icazəsi ləğv edilib.

 

Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar günü, sentyabrın 16-da, “Əl-Mayadin” telekanalı məlumat yayıb.

 

Bundan əlavə səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib.

 

Qeyd edək ki, sentyabrın 13-də Zomlot Twitter sosial şəbəkəsində öz hesabında “Amerika xalqına” müraciət ünvanlayıb. O, Vaşinqtondakı Fələstin diplomatik nümayəndəliyinin bağlanmasının “qisas aktı” adlandırıraq bildirib ki, təmsil etdiyi struktur seçim qarşısına qoyulub: Vaşinqtonla münasibətləri pozmaq və ya bir millət kimi öz hüquqlarından imtina etmək.

 

Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Arikat Tramp administrasiyasının bu qərarını “təhlükəli eskalasiya” adlandırıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN