Fəllahətpişə: “Körfəzin cənubunda təhlükəsizlik kövrəkdir”

Fəllahətpişə: “Körfəzin cənubunda təhlükəsizlik kövrəkdir”

GünAz TV: İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Hişmətullah Fəllahətpişə öz şəxsi “Twitter” səhifəsində Birləşmiş Ərəb Əmirliyi yaxınlığında ticari gəmilərə qarşı baş tutmuş hücumlara münasibət bildirib.

 

“Əl-Füceyrə partlayışları körfəzin cənubunda təhlükəsizliyin kövrək olduğunu göstərdi”- deyə Fəllahətpişə qeyd edib.

 

O, hansı səbəblərə görə bu qənaətə gəldiyi barədə detalları açıqlamayıb.

 

Xatırladaq ki, bu hadisədən öncə iranlı rəsmilər dəfələrlə region ölkələri və Qərbi təhdid edərək, bildirmişdilər ki, “Amerikanın hücum etdiyi təqdirdə, regionda əmin-amanlıq olmayacaq”.

 

Qeyd etmək lazımdır ki, mayın 12-də Birləşmiş Ərəb Əmirlikləri Əl-Füceyrə limanı yaxınlığında ticari gəmilərin hücuma məruz qaldığı barədə məlumat yaymışdı. Məlumatda hücum nəticəsində insan tələfatının qeydə alınmadığı bildirilirdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN