FİFA-nın rəhbəri: “Geriyə dönüş yoxdur. Öz şücaətləri ilə hüquqlarını müdafiə edən iranlı qadınlara təşəkkürümü bildirirəm” - FOTOLAR

FİFA-nın rəhbəri: “Geriyə dönüş yoxdur. Öz şücaətləri ilə hüquqlarını müdafiə edən iranlı qadınlara təşəkkürümü bildirirəm” - FOTOLAR

GünazTV: Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino oktyabrın 10-da bəyanat yayaraq, iranlı qadınların son 40 ildə ilk dəfə olaraq futbol stadionlarına girə bilməsinə münasibət bildirib.

 

Yaydığı bəyanatda iranlı qadınların 40 il fasilədən sonra stadionlara daxil olmasını əlamətdar gün adlandıran FİFA rəhbəri deyib ki, İranın Futbol Federasiyasının rəsmiləri qadınlara qarşı ayrı-seçkiliyə son qoymalı, cinsiyyətindən asılı olmayaraq bütün futbol sevərlərin, o cümlədən də qadınların hər hansı bir maneə olmadan stadionlara girib təhlükəsiz bir atmosferdə futbol yarışlarını izləməsini təmin etməlidirlər: “40 illik fasilədən sonra ilk dəfə olaraq iranlı qadınlara icazə verilib ki, stadionlara girib kişi fitbolçularının oyununa tamaşa etsinlər. Bu isə böyük və müsbət bir addımdır. Bu, həm FİFA-nın, həm də iranlı qadınların çoxdan səbirsizliklə gözlədiyi bir addım idi.

 

Tarix bizə öyrədir ki, inkişaf və qələbə mərhələli şəkildə əldə edilir. Bu isə hələ uzun bir yolun başlanğıcı deməkdir. FİFA gələcəyə baxır. Elə bir gələcək ki, bütün iranlı qadınlar rahat və təhlükəsiz bir mühitdə futbol yarışlarını yaxından izləyə bilsinlər. İndi artıq geriyə dönüş yoxdur. Mən isə bu böyük olayın gerçəkləşdirilməsi uğrunda çalışan İran Futbol Federasiyasına, Asiya Futbol Konfederasiyasına, eləcə də ayrı-ayrı şəxsiyyətlərə öz minnətdarlığımı bildirirəm.

 

Mən həmçinin, öz şücaətləri ilə bütün məhdudiyyətlər qarşısında dayanıb müqavimət göstərən və öz  hüquqlarını müdafiə edən iranlı qadınlara xüsusi təşəkkürümü bildirirəm” –deyə, FİFA-nın rəhbəri Canni İnfantino əlavə edib.

 

Qeyd edək ki, FİFA rəhbəri bundan əvvəl dəfələrlə İran hökumətinə və İranın Futbol Federasfiyasına xəbərdarlıq edərək, futbol sevər qadınların stadionlara girişinə qoyulan qadağanın aradan qaldırılmasını tələb etmişdi.

 

 

 Xatırladaq ki, oktyabrın 10-da Tehranda qadınlar ruhanilərin hakimiyyəti dövründə ilk dəfə olaraq dövlətin rəsmi icazəsi ilə tamaşaçı kimi “Azadi” stadionuna daxil olaraq İranla Kambociya komandalarının oyununa baxa biliblər. Bununla da ilk dəfə olaraq qadınlar qrim etmədən və ya saqqal qoymadan və kişi geyimi geyinmədən, bilet alaraq, dövlətin rəsmi icazəsiylə stadiona daxil ola biliblər.

 

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN