"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı

GünAz TV: "Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

 

Bu barədə "Formula-1"in rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

 

Qeyd edilib ki, iyun ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-prisi koronavirus səbəbilə keçirilməyəcək.

 

Bakının ev sahibliyi edəcəyi yarışın 5-7 iyun 2020-ci il tarixlərində baş tutacağı bildirilirdi.

 

Bundan əvvəl Qran-prinin 7 mərhələsi təxirə salınıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN