Fransa BMT TŞ üzvlərinin sayını 25-ə çatdırmağa çağırıb

Fransa BMT TŞ üzvlərinin sayını 25-ə çatdırmağa çağırıb

GünAz TV: BMT Təhlükəsizlik Şurası üzvlərinin sayını 25 dövlətə qədər artırmaq mümkündür.

 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransanın BMT yanında daimi nümayəndəsi Nikolya de River beynəlxalq təşkilatın Baş Assambleyanın tribunasındakı çıxışında deyib.

 

"Fransa şuranın tərkibinin daimi və qeyri-daimi üzvlər hesabına genişləndirilməsini dəstəkləyir. Fransa həmçinin Təhlükəsizlik Şurasının yeni daimi üzvləri kimi Almaniyanın, Braziliyanın, Hindistanın və Yaponiyanın namizədliklərini dəstəkləyir. Biz həmçinin Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri arasında Afrika ölkələrinin olmasını dəstəkləyirik", - de River deyib. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN