Fransa, ETTELAAT-ın bu ölkədəki bütün bank hesablarını bağlayıb

Fransa, ETTELAAT-ın bu ölkədəki bütün bank hesablarını bağlayıb

GünAzTV: Fransa hökuməti oktyabrın 2-də bəyanat yayaraq, İran Kəşfiyyat Nazirliyinin (ETTELAA-ın) bu ölkədəki bütün bank hesablarını bağladığını açıqlayıb.

 

Fransa hökuməti bildirib ki, bu addımın atılması, bu ilin iyun ayında 2 İran “diplomat”ının Parisdə keçiriln iranlı müxalif qrupların toplantısına qarşı terrorçu əməliyyatlarının üstü açılıb həbs edilmələri ilə əlaqədardır.

 

Məsələ ilə bağlı Fransanın Daxili, Xarici və İqtisadiyyat Nazirlikləri birgə bəyanat yayaraq, məsələnin çox ciddi olduğunu vurğulayaraq, Parisin İrana çox kəskin bir cavab verməsini vacib sayıblar.

 

Bildirilir ki, ETTELAAT-ın casusu olan və üzdəniraq “diplomat” adı altında fəaliyyət göstərən Əsədullah Əsədi, başqa bir İran casusu ilə birlikdə, ötən iyun ayında Parisdə keçirilən İran Xalq Mücahidləri Təşkilatına bağlı Milli Müqavimət Şurasının toplantısına bombalı hücumlar planlaşdırsalar da, İsrail kəşfiyyatı bu barədə Fransa hökumətinə informasiya ötürdükdən sonra iranlı “dipolmatlar” həbs edilib. Bununla da, ABŞ prezidenti Donald Trampın yaxın adamlarından olan Nyu-Yorkun keçmiş meri Rudolf Culiyaninin də qatıldığı həmin toplantıya bombalı hücum planının qarşısı alınıb.

 

İranın həbs edilən terrorçu "diplomatı" Əsədullah Əsədi

 

Qeyd edilir ki, terror əməliyyatı ifşa olunduqdan sonra, Fransa, Almaniya və Belçikada hücumu həyata keçirməyə hazırlaşan 6 İran casusu yaxalanıb. Həmin şəxslərin qaldığı evlərdə  yoxlamalar aparılıb, toplantıya hücum üçün hazırlanmış külli miqdarda partlayıcı maddələr aşkarlanıb. Məsələnin detallarının müəyyənləşdirilməsi ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN