Fransa İrana humanitar yardım göndərəcək

Fransa İrana humanitar yardım göndərəcək

GünAz TV: Fransa İrana 12 ton həcmdə humanitar yardım göndərəcək.

 

Bu barədə Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda bildirilir ki, İran rəsmilərinin kömək üçün rəsmi müraciətindən sonra Fransa hökuməti sel fəlakəti ilə üzləşmiş bölgələrə 12 ton humanitar yardım göndərməyi qərara alıb.

 

Qeyd etmək lazımdır ki, martın 19-dan İranda yağan güclü leysan yağışları daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində bu günə qədər 67 nəfər ölüb. Dövlət qurumları isə selin fəsadlarını aradan qaldırmaqda acizdirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN