Fransa prezidentindən böyük jest - Ömürlük postdan və puldan imtina etdi

Fransa prezidentindən böyük jest - Ömürlük postdan və puldan imtina etdi

GünAz TV: Fransa Prezidenti Emmanuel Makron ölkə başçısı vəzifəsinin müddəti bitdikdən sonra dövlət tərəfindən ona ayrılacaq təqaüddən imtina edib.

 

Məlumatı Yelisey Sarayındakı mənbəyə istinadən "Parisien” nəşri yayıb.

 

Qeyd edilir ki, Makron prezident postunda birinci müddətin tamamlanmasından sonra müəyyən edilmiş ödənişlərdən, həmçinin ikinci müddətə yenidən seçilmə vaxtı Fransa liderinə nəzərdə tutulan məbləğdən imtina etmək barədə qərar qəbul edib.

 

Bundan başqa, Fransanın dövlət başçısı Konstitusiya Şurasında qanunla ona düşən ömürlük postdan da imtina edib.

 

Makronun qərarı dövlət başçısının "ölkədəki vəziyyətə uyğun olaraq hərəkət etmək” arzusu ilə izah olunur.

 

Xatırladaq ki, 3 həftədir Fransada yeni pensiya islahatlarına qarşı tətillər və etirazlar davam edir. xezerxeber.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN