Fransa və Almaniya Amerikanın yeni rüsumlarını qanunsuz adlandırıblar

Fransa və Almaniya Amerikanın yeni rüsumlarını qanunsuz adlandırıblar

GünAz TV: Fransa prezidenti Emmanuel Makron Amerika Birləşmiş Ştatlarının (ABŞ) polad və alüminiuma idxal rüsumlarının tətbiq edilməsinə dair qərarını qanunsuz adlandırıb. 

 

APA-nın “BFMTV”-yə istinadən verdiyi xəbərə görə, Makron  rüsumları qeyri-qanuni, onların tətbiqini isə yanlışlıq adlandırıb. 

 

Almaniya Xarici İşlər Nazirliyi (XİN) bu mövqeni dəstəkləyib: “Bizim nöqteyi-nəzərdən amerikalıların bu birtərəfli addımı qanunsuzdur”. 

 

Almaniya XİN rəhbəri Hayko Maas bəyanatına əsasən, Avropa İttifaqı ABŞ-ın addımlarına cavab tədbirləri  görməyə hazırdır. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN