Fransada bələdiyyə evdə ölməyi qadağan edib

Fransada bələdiyyə evdə ölməyi qadağan edib

GünAz TV: «Fransanın şimalında olan Lenevil bələdiyyəsinin başçısı Kristop Ditrix, Franceinfo televiziya kanalına etdiyi açıqlamada, bələdiyyənin evdə ölməyi qadağan edən bir qərar aldığını, qərarın simvolik və mənalı olduğunu söyləyib».

 

Beş min adamın yaşadığı bələdiyyə ərazisində yalnız iki həkimin çalışdığını deyən Ditrix, son üç həftədə iki dəfə ölümün rəsmi qeydə alınması üçün 4-6 saat həkim gözlədiklərini deyib.

 

Ditrix, bu iki həkimin də ilin sonunda təqaüdə çıxacağına, onların yerinə hələ bir həkimin qəbul edilmədiyinə diqqət çəkib.

 

Qərarın tətbiq oluna bilməz olduğunu bildiyini, lakin məqsədinin həkim çatışmazlığına diqqəti çəkmək olduğunu vurğulayan Ditrix, bəlkə bu qərardan sonra bələdiyyədəki həkim çatışmazlığına mediada diqqət ayrılacağına ümid etdiyini deyib.

 

R.X

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN