Fransada etirazçılarla polis arasında toqquşma baş verib, xəsarət alan və tutulanlar var

Fransada etirazçılarla polis arasında toqquşma baş verib, xəsarət alan və tutulanlar var

GünAz TV: Fransada prezident seçkilərinin ilk turunda Parisdə kütləvi iğtişaşlar olub.

 

Polislə nümayişçilərin toqquşmasında 3 nümayişçi  xəsarət alıb, 29 nəfər tutulub.

 

Etirazlar zamanı altı polis məmurunun da yüngül xəsarət aldığı bildirilir.

 

Qeyd edək ki, prezident seçkilərinin ilk turu günü Parisdə etirazlar gecə saatlarına qədər davam edib, avtomobillər yandırılıb. Bastilya meydanında hüquq-mühafizə orqanları əməkdaşları nümayişçilərlə toqquşmada bibər qazı, səs və tüstü bombalarından, dəyənəkdən istifadə ediblər.

 

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turunda sabiq iqtisadiyyat naziri Emmanuel Makron və "Milli cəbhə" partiyasının lideri Marin Le Pen qələbə qazanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN