Fransada məscidin qarşısında silahlı insident olub, yaralılar var

Fransada məscidin qarşısında silahlı insident olub, yaralılar var

GünAz TV: Fransanın Brest şəhərində silahlı insident törədən şəxs sonradan intihar edib.

 

Bu barədə “France Info” radiostansiyası polisə istinadla məlumat yayıb.

 

Bildirilir ki, iyunun 27-də yerli vaxtla saat 16:30-da naməlum şəxs Pontanezen məhəlləsində məscidin qarşısında atəş açıb, daha sonra qaçaraq gizlənib. Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. “BFM” telekanalın məlumatına görə, yaralılardan biri məscidin imamıdır.

 

Bir neçə saatlıq axtarışlardan sonra həmin cinayətkarın meyiti tapılıb. Onun şəxsiyyəti müəyyən edilib, hazırda hadisənin motivi araşdırılır.

 

Mənbə: Apa

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN