Fransada seçkilərdə Makron qalib gəldi

Fransada seçkilərdə Makron qalib gəldi

GünAz TV: Fransada keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.

 

Mayın 7-də keçirilən seçkilərdə "İrəli" hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. İlkin məlumatlara görə, o, səslərin 65,1 faizini əldə edib.

 

“Milli cəbhə" partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,9 faizinin səsini qazanıb.

 

Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN