Fransadan Maduroya ağır zərbə

Fransadan Maduroya ağır zərbə

GünAz TV: Fransa hökuməti Venesuelanın müxalifət lideri Xuan Quaidonu müvəqqəti Venesuela prezidenti olaraq tanıyıb.

 

Bu barədə ölkə prezidenti Emanuel Makron bəyanatla çıxış edib.

 

“Venesuela xalqı öz fikrini azad və demokratik şəkildə ifadə etmək hüququna malikdir. Fransa dövləti seçki prosesini işə salacaq Xuan Quaidonu müvəqqəti prezident olaraq tanıyır”, - deyə Makron “Twitter” hesabında yazıb.

 

Qeyd edək ki, yanvarın 23-də Venesuela parlamentinin müxalifətçi spikeri Quaido özünü müvəqqəti dövlət başçısı elan edib.

 

Xatırladaq ki, Fransadan başqa, Böyük Britaniya, Avstraliya, Amerika Birləşmiş Ştatları, Kanada, Gürcüstan, Braziliya, Argentina, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru Xuan Quaidonu legitim müvəqqəti prezident olaraq tanıyıb. Oxu.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN