Fransanın “Reanult” şirkəti İrana avtomobil satışını dayandırıb

Fransanın “Reanult” şirkəti İrana avtomobil satışını dayandırıb

GünAzTV: Fransanın məşhur “Reanult” şirkəti İrana avtomobil satışını tamamilə dayandırıb. Bu barədə oktyabrın 26-da məlumat yayılıb.

 

“Reanult” şirkətinin yaydığı son statistik rəqəmlərdə göstərilir ki, bu şirkət, 2017-ci ildə İrana 10 min 932 ədəd avtomobil ixrac etsə də, 2018-ci ilin sentyabr ayından bu yana bu rəqəm sıfıra endirilib və şirkət İrana avtomobil satışını tamamilə dayandırıb. “Reanult” şirkəti İranla ticarət əlaqələrini dayandırmasını, Amerikanın Tehrana qarşı tətbiqinə başladığı sanksiyalarla əlaqədar olduğunu açıqlayıb.

 

 Xatırladaq ki, “Renault” şirkətinin icraçı direktoru Thierry Bollore iyulun 27-də jurnalistlərə açıqlamasında İranla əməkdaşlıqlarını dayandıracaqlarından xəbər vermişdi: “Amerikanın İrana qarşı sanksiyaların tətbiqinə başlamasını nəzərə alaraq, çox güman ki, biz İrandakı fəaliyyətlərimizi dayandıracağıq. Biz, dünyanın müxtəlif yerlərində, o cümlədən də Afrikada yeni iqtisadi fürsətlər ardıncayıq. Biz, istehsalımızı artırmaqla, artıq əldən çıxmış İran bazarının yerinə yeni bazarlar axtarırıq”.

 

“Renault” şirkətinin icraçı direktoru Thierry Bollore

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN