General Qadi Eizenkot: “İranın regionda ikinci bir Şimali Koreya çevrilməsinin qarşısı alınmalıdır”

2017-06-22 16:47

GünAzTV: İsrail ordusunun baş qərargah rəisi Qadi Eizenkot iyunun 20-də “Herzliya” siyasi və təhlükəsizlik toplantısında çıxış edərək İranın bölgədə terrorçu və radikal qruplaşmalara dəstəyindən və onun region ölkələrinə qarşı təhdidindən danışıb.

 

General Eizenkot bildirib ki, İsrasilin birinci prioritet məsələsi, bölgədə sülh və sabitliyin bərqərar olunmasıdır: “İranda keçirilən son prezident seçkiləri bir daha göstərdi ki, iranlılar ölkədəki mövcud vəziyyətin dəyişməsini istəyirlər. Lakin buna baxmayaraq, “Sepah” komandirləri  regionda öz hədəflərini irəli aparmağa, İsraili təhrik etməyə çalışırlar. Hazırda İran özünü regional bir güc kimi gördüyündən bölgədəki terrorçu qruplaşmalara yardım edir. Bu istiqamətdə, “Hizbullah” ildə 800 milyon dollar İrandan pul alır. İranın Suriyada və Qəzzə zolağındakı nüfuzu, “Həmas” və Fələstin islam cəhadı vasitəsilə gücləndirilir.

 

İranın hərbi sənayesinin gücləndirilməsinin qarşısını almaq, bölgədə hamının təhlükəsizliklə bağlı hədəflərindən biri sayılır. Hesab edirəm ki, dünya birliyi bu istiqamətdə hərəkət etməli, İranın regionda ikinci bir Şimali Koreya çevrilməsinin qarşısı alınmalıdır. Son günlər isə İranın Suriyaya raket zərbələri endirməsinin müəyyən bir mənası və mesajı var. Baxmayaraq ki, İranın atdığı raketlərin çoxu əvvəlcədən nəzərdə tutulan hədəflərə dəyməyib.

 

 

İranın daha inkişaf etmiş raketlər istehsal etməyə cəhdi, rəsmi Tehranın ambisiyalarının bir hissəsidir. Məqsəd isə bu ölkənin bölgədə hegemonluğunu yaratmaq və təmin etməkdir. Bu isə yolverilməzdir. Bizim isə İrana bir mesajımız var. O da budur ki, bu ölkə İsraili təhdid etməməli, bu işindən əl çəkməlidir”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl, “Sepah” Suriyada İŞİD-ə bağlı “təkfirçi terroristlər”in hərbi bazalarına raket zərbələri endirib. “Sepah” bildirib ki, o, iyunun 7-də İŞİD-çilərin ölkə parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücumuna cavab olaraq onların Suriyadakı mövqelərini raket atəşinə tutub. Bildirilir ki, raketlər, “Sepah”ın  Kürdistan və Kirmanşah əyalətlərindəki hava-kosmik hərbi bazalarından atılaraq Suriyanın “Deyr əl-Zur” əyalətində təkfirçi terroristlərin mövqelərini məhv edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Əlbürz əyalətində daha 12 nəfər koronavirusdan vəfat edib

2020-09-24

gun az article

Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24

gun az article

Tehran-Zəncan şosesində ağır qəza: Yerüstü keçid uçub, ölən və yaralananlar var

2020-09-24

gun az article

İranda dollar uçmaqda davam edir, 1 dollar 28 120 tümən

2020-09-24

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23

gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22