Gilanda yağan güclü qar fəsadlara yol açıb: 250 mindən çox insan işıqsız qalıb

Gilanda yağan güclü qar fəsadlara yol açıb: 250 mindən çox insan işıqsız qalıb

GünAz TV: İranın Gilan əyalətində yağan güclü qar fəsadlara yol açıb.

 

Gilan Elektrik İdarəsinin yaydığı məlumata əsasən, güclü qar səbəbindən elektrik xəttlərində problemlər yaranıb. Nəticədə 1 milyon 462 min abonentdən 250 mindən çoxu işıqsız qalıb.

 

Hazırda Rəşt, Sövməə Sara, Fumən, Ənzəli, Şəft, Rizvanşəhr, Ləngərud, Lahican və Astaneyi-Əşrəfiyyə şəhərlərinin böyük hissəsi qaranlığa qərq olub.

 

Məlumatda həmçinin qeyd edilir ki, yolların buz bağlaması səbəbindən idarənin əməkdaşları bölgələrə getməkdə çətinlik çəkirlər və buna görə də, yaranmış problemi aradan qaldırmaq hələ ki, mümkün olmayıb.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN