Gömrükçülər İrandan Azərbaycana daxil olan yük maşınında qumbara tapıblar

Gömrükçülər İrandan Azərbaycana daxil olan yük maşınında qumbara tapıblar

GünAz TV: İrandan Azərbaycana daxil olan yük maşınında qumbara aşkarlanıb.

 

Bu barədə, noyabrın 13-də Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

 

"Yoxlama zamanı Azərbaycan vətəndaşı Əkbərağa Həşimovun idarə etdiyi "Kamaz" markalı nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı 1 ədəd əl qumbarası aşkar edilib", məlumatda vurğulanır.

 

Faktla bağlı araşdırma getdiyi deyilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN