Google şirkəti İranın “PressTV” və “HispanTV” telekanallarının hesablarını bağlayıb

Google şirkəti İranın “PressTV” və “HispanTV” telekanallarının hesablarını bağlayıb

GünazTV: Aprelin 19-da Google şirkəti İranın ingilisdilli “PressTV” və ispandilli “HispanTV” telekanallarının hesablarını bağlayıb. Bununla da hər iki telekanalın Gmail və Youtube hesablarına giriş qeyri-mümkün olub.

 

Bildirilir ki, hər iki şəbəkənin Youtube kanalları istifadəçilər üçün hələ də açıq olsa da, onlarda yeni materialları yerləşdirib yaymaq artıq mümkün deyil. 

 

Məsələ ilə bağlı BBC-yə açıqlama verən Google şirkətinin sözçüsü İranın bu iki telekanalını Google-in ümumi siyasət və qaydalarını pozmaqda günahlandırsa da, İran telekanallarının bu şirkətin konkret hansı qanunları pozduğunu açıqlamayıb: “Biz hansısa bir hesab və ya konkret hansısa bir kanal haqqında fikir irəli sürmürük. Lakin Google istifadə qaydalarını pozan hesablar barədə tədbir görür və bizim qanuni hallarla bağlı üzərimizə düşən vəzifəni yerinə yetirməyimizlə əlaqədar qərarlar qəbul edir” –deyə Googl sözçüsü əlavə edib.

 

Qeyd edək ki, İranın “PressTV” və “HispanTV” telekanallarının hesablarının Google şirkəti tərəfindən bağlanması, İnstagram sosial şəbəkəsinin bir sıra “Sepah” komandanlarının və İranın digər rəsmilərinin hesablarını bağlamasından bir neçə gün sonraya təsadüf edib. İnstagram isə bu addımı, ABŞ Dövlət Departamenti “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etməsindən az sonra atıb.

 

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

 

Aprelin 15-də isə, “Sepah” rəsmən ABŞ Dövlət Departamentinin xarici terrorçu qruplar siyahısına salınaraq, onun adı Amerika Birləşmiş Ştatlarının federal hökumətinin rəsmi jurnalında (FEDERAL REGİSTER - The Daily Journal of the United States Government) qeydə alınıb.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN