GünazTV April.01.2020: Pompeo: ABŞ koronavirus səbəbiylə İran sanksiyalarını yenidən nəzərdən keçirə bilər.

2020-04-01

Pompeo: ABŞ koronavirus səbəbiylə İran sanksiyalarını yenidən nəzərdən keçirə bilər

Amerika Birləşmiş Əyalətlərinin dövlət katibi Mayk Pompeo çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Amerikanın İran və digər ölkələrə koronavirus epidemiyası ilə mübarizədə kömək etmək hədəfiylə təhrim və sanksiyaların yüngülləşdirilməsini ehtimal etdi.

Pompeo jurnalistlərə açıqlamasında Vaşinqtonun təhrim və sanksiyaların azaldılması ilə bağlı mövqeyini yenidən nəzərdən keçirə biləcəyinə dair bir sualı belə cavablandırdı:

“Əlbəttə, biz bütün siyasətlərimizi daim qiymətləndiririk. Biz daim siyasətlərimizin düzgün olduğundan əmin olmağa çalışırıq. İnsani və humanitar yardımlar, tibbi araclar, təchizatlar, əczaçılıq materialları, insanların bu çətin vaxtlarda ehtiyac duyduğu şeylərə gəldikdə, bu əşyalar heç bir zaman heç bir yerdə təhrimə tabe deyillər.

Pompeo, başqa bir sualın cavabında koronavirus böhranı dövründə hələ də xaricdə olan Amerikanın bütün vətəndaşlarını evə gəlməyə çağıraraq belə dedi: “Xaricdən vətənə qayıtmaq istəyən amerikalılar dərhal bunu etməli və buna nail olmaq üçün tədbirlər görməlidirlər.”

O, əlavə etdi ki, Dövlət Departamenti 50-dən çox ölkədən 25 min amerikalını qaytardıbdır. Dövlət Departamenti bundan əvvəl də xaricdə məhsur qalan 9 min Amerikalını ölkəyə geri gətirmişdi.

Amerikanın Dövlət Katibi bəzi ölkələrdə xalq ac qalırkən hökumətləri bomba və raket və nüvə programlarəyla uğraşdıqlarını söyləyərək dedi bu hökumətlər xalqlarını doyurmaq üçün pullarının olmadığını iddia edirlər.

Pompeo əlavə etdi:

“Deyəcəyim son şey budur ki, baxmayaraq ki bu insani yardımların heç birini təhrim etməmişik heç bir qlobal qurum da insani yardım üçün təhrim uyqulamayıb. Amerika Birləşmiş Əyalətləri bu ölkələrin hər birində yardım göndərmək üçün çalışıb. Şimali Koreyaya kömək etməyə çalışdıq. İrana yardım etməyi təklif etdik.”

Xatırladaq ki, keçmişdə İran Amerikanın koronavirusa qarşı mübarizədə yardım təklifini rədd etmiş və Tehran, COVID-19 ilə mübarizədə kömək etmək üçün İranda olan Sərhədsiz Həkimlər kimi beynəlxalq təşkilatların üzvlərini qovmuşdur.

 

Əhməd Haşimi, Günaz TV-nin Vaşinqton bürosu

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30

gun az article

İran rejiminin təhlükəsizlik qüvvələri noyabr etirazlarında öldürdükləri Puya Bəxtiyarinin qəbrini təhqir ediblər

2020-05-30

gun az article

İranda bütün məscidlər açılıb, "mall"lara qoyulan qadağalar aradan qaldırılıb

2020-05-30

gun az article

Ağ Evdən Xamneyinin statuslarına reaksiya: "Twitterin terroristlər və diktatorların mesajları ilə problemi yoxdur"

2020-05-29

gun az article

İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

2020-05-29

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb

2020-05-29

gun az article

Küveyt Amerikadan 84 ədəd Patriot raketi alır

2020-05-29

gun az article

GünazTV May.29.2020: İçməli su böhranı və müharibədən daha çətin olan vəziyyət

2020-05-29

gun az article

İranın 4-cü tankeri Venesuelaya çatıb

2020-05-29

gun az article

İranda daha 50 nəfər koronavirusdan ölüb, 2819 nəfər isə xəstəliyə yoluxub

2020-05-29

gun az article

İranın Dehdəşt şəhərində zəlzələ baş verib

2020-05-29

gun az article

İran parlamentinin keçmiş spikeri Əli Laricani iki yeni posta təyin edilib

2020-05-29

gun az article

İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb

2020-05-29