İran Iraqdakı Amerika bazalarına qarşı xain hücumlar planlaşdırır. Dünyanın Coronovirusla mübarizə apardığı bir dönəmdə rəsmi Tehranın Amerikaya qarşı bu hərəkətləri cavabsız qalmayacaq. Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donalad Truamp əvvəlcə öz tvitter səhifəsində yaydı, sonra isə mətbuat konfransında söylədi. Prezident Truamp, İran ya da İrana bağlı olan terrorçi qruplarının bu planın arxasında olduğunu deyir. Amerikanın kəşfiyyat məlumatlarına istinad edən president əgər belə bir addım olarsa Tehran böyük bir bədəl ödəyəcək dedi. Rəsmi Tehran bu ehtimalları rədd etsə də Amerika əlindəki məlumatlara əsaslanır.
" Bizim informasiyamız var ki, onlar bizə qarşı planlaşdırırlar və bu çox yaxşı informasiyadır. Bu hücum İran tərəfindən gəlir.İrana bağlı olan qruplardan gəlir, onları İran dəstəkləyir. O, mənim üçün elə İrandır.Biz sadəcə deyirik eləməyin, etməyin. Bunun cavabı onlar üçün çox pis olar.Bizim çox güclü cavablarımız olub.Cavabımız 5 fərqli yerləri dağıtdı və dünyamız üçün çox pis olan insanları məhv etdi.Düzünü deyim İrana verdiyimiz çox yetərli cavab idi.Biz onlara ciddi zədə verdik, İran isə bizim bir bazamızı vurdu. Biz isə onların beş əsas bazasını vurduq.Biz İranın silah anbarını məhv etdik. Mən deməyəcəm neçə insan öldü, amma çoxlu pis insan öldürülüb. Bu bizim çox yaxşı cavabımız idi.Bu dəfəki cavab daha çox güclü olacaq.".
Amerika prezidenti dedi ki, İran daxili problemlərin içində boğulur. Coronovirusundan ölənlərin siyahısını gizlədir, insan haqqlarını pozur və 40 ildir terror siyasəti yürüdür. Buna baxmayaraq o, İran hakimiyyətinin Vaşinqtonla təmasa keçmək istədiyini söylədi. Amerika prezidenti hesab edir ki, kimdirsə İrana çox pis məsləhətlər verir. O, bu mövzuda danışarkən keçmiş nazir Jhon Kerrinin adını çəkərək, ondan məsləhət almaq gərəksizdir mesajını verdi.
Prezidenti bu mətbuat konfransında müşayət edən ordu rəhbərləri də İrana mövzusunda qətiyyətli olduqlarını, terrorçulara yetərli cavab verəcəklərini vurğuladılar. Amerikanın Müdafiə Naziri Mark Esper də, dedi ki, İran rejimi xalqını əzir, onların haqqını tapdayır və gəncləri terrorçu olmağa sövq edir.Amerikanın coronovirusla mübarizəsi narkotik qaçaqcılarını da aktivləşdiribmiş. Rəsmi Vaşinqtonun hərbi gücləri Sakit okeanda və Karib dənizində bu əməliyyatlata başlayıb.Amerika prezidenti nəhayətki, dünya bazarında neftin qiymətinin sürətlə düşməsinə toxundu. Rusiya və Səudiyyə Ərəbistan liderləri ilə müzakirəsinə istinad edrək, onlar nə etdiklərini bilən ağıllı insanlardar cavabını verdi. Nəhayət söhbət Coronovirusla mübarizəyə döndü. Donald Truamp son 24 saatdakı rəqəmlərə baxmaq, virusun nə qədər qorxulu olduğunu göstərir. Trump, “Sosial məsafə” insanlarımıza evdə oturmaq üçün verdiyimiz iqtisadi dəstək,sürətli tibbi madaxilə və başqa ölkələrlə sərhədlərimizi bağlamagımız, virusla bütün cəbhələrdə savaşdığımızı göstərir. O, Çinə xitabən , onların virusun yayılmasını durdurmaqla bağlı fikirlərinə inanmıram söylədi.Rəqəmlərə şübhə edən, Amerika prezidenti bardağın dolu tərəfini görürük ifadəsini işlətdi. O, Nyu Yorkdakı durumu qiymətləndirərkən bunları dedi.
“Bu həftə bütün Amerikalıların qəlbi New Yorkla döyünür. New York, virusun ən ağır yükünü çəkir. New York xalqı onların yanında olduğumuzu bilməlidirlər. Ağ evin təlimatlarına əməl etməklə virusu yenib, tezliklə normal həyata qayıdacağımız gün uzaqda deyil.”
Covid 19-u bu mətbuat konfransında öldürücü vəba alnadıran Amerika prezidenti cəmiyyətdə bir nəfərin bu virusdan əziyyət çəkməsinin, bütün insanların xəstələnməsinə bəs edər söylədi.Təəssüf ki, virus özü üçün zəyif gördüyü insana çatarsa onun başına böyük bəlalar açır. Son məlumatlara görə Amerikada 160 min insan virusa yoluxub, 2800 insan isə həyatını itrib.
Qənirə Ataş, GünazTV, Vaşinqton.