GünazTV April.07.2020: Amerika hökuməti coronovirusa görə evdə qalan ailələrə yenidən ödəmə edə bilər.

2020-04-07 16:37

Amerika hökuməti coronovirusa görə evdə qalan ailələrə  yenidən ödəmə edə  bilər.Bu  barədə Ağ evdə  keçirilən mətbuat konfransında danışldı. Prezident Donald Truamp dedi ki, bu dəfə ayrılması nəzərdə tutulan  maliyyə  birbaşa  ailələrə veriləcək. Hələlik bu barədə dəqiq qərar olmasa da prezident bunu həyata keçirmək üçün çalışacağını vəd etdi. Xatırladaq ki, Amerika konqresinin razılaşması ilə evlərə göndərilən çeklər hələ prossesdədir. Coronovurisdan Amerikada ölənlərin sayı isə  10 min 800 nəfərdən çoxdur. Hələlik hökumət  aprelin 30-dək evdə oturmağı vəd etsə də, insanların bu təlimata nə qədər əməl edə biləcəyi bəlli deyil. Amerikanın Allergiya və Yoluxucu xəstəliklər institutunun rəhbəri Dr Fauçi   isə  ona ünvanlanan suala ürək açmayan cavab verdi. Dünya insanı nə zaman normal həyata dönəcək soruşuldu. Dr. Fauçi isə  dedi ki, vaksin tapılmayanadək kimsə yaşamın əvvəlki kimi olacağını düşünməsin.

“Mən rahatlıqla deyə bilərəm ki, biz bir müddət sonra keyfiyyətli vaksin tapacağıq və bu duruma bir də düşməyəcəyik. Əgər bu normal şəraitə qayıtmaqdırsa, bəli biz ona qatıdacağıq. Amma kimsə vaksin tapılmadan əvvəl bunu gözləməsin.Bütün Amerika əhalisi və dünya əhalisi bilməlidir ki, vacib işlərdən biri vaksinin tapılmasıdır. O zamanadək özümüzü qorumalıyıq. Vaksin olduqdan sonra da dünyada coronovirusu riski qalacaq. Amma miqyası buna yaxın rəqəmlərdə belə olmayacaq ”

 Prezident Tramp isə İlgiltərənin Baş Naziri Boris Consona görə üzüldüyünü deyir.Hətta ona tibbi kömək etmək üçün təklif də göndərib. Boris Consonun durumundan sonra, Ağ ev rəhbərinin mütamadi test edilməsinə qərar verilib.Dünyanın Amerikadan gözlədiyi isə, dərmanlar və vaksinlər barədə yeniliklərdir.Prezident Tramp bu sahədə ciddi irəlləmə olduğunu deyir.

"Bugün dərman şirkətlərinin rəhbərləri ilə görüşdüm.vaksinlər və müalicə sahəsində işlərin sürətlə davam etdiyi cavabını aldım. Çoxlu sayda klinik irəlləmələr var.Qarşımızdakı bir  həftə çox çətin olacaq.Amma tunelin sonunda böyük bir işıq var. Amerikanın iqtisadiyyatı da zərər görür. Amma biz problem tez həll edə bilsək, iqtisadiyyatımız əvvəlkindən də yaxşı olacaq."

 İndiyədək Amerikada 2 milyondan çox insan test ounub. Coronovirisla mübarizə heyətinin  Nyu Yorkla  bağlı ehtimalları özünü doğruldur.Son 24 saatda  bu ştatda virusa yoluxanların sayı 130  mindən  680-ə enib. Xəstəxanaya çatdırılanlar və hava balonuna bağlananların rəqəmində azalma var.  Nyu York qibernatoru  Cuomo gözəl havada gəzmək adı ilə evdən cıxaraq  sosial məsafə qorumaqla bağlı təlimatları tapdayan hər bir insanın  1000  dollar cərimə ediləcəyini bəyan edib. Vurus bizə zərbə vurub, kimsənin nazı ilə oynamayacağıq deyib. Hökumət New York, New Jersey, Luisiana və Michigan ştatlarındakı insanlara evdən çıxmağı qətii məsləhət görmür. Nyu York bələdiyyəsi həyatını itirən   3 min dən artıq insanı bir parka dəfn edəcəklərini deyib.Bələdiyyə rəhbəri Mark Levine söyləyib ki,onlar hər  on tabut üçün yan-yana çuxur qazacaqlar.Dəfinlərin  insan qüruruna layiq bir formada olacağını vəd veriblər.

Qənirə Ataş, GünazTV,Vaşinqton. 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.02.2020: Bazar günü şiddət hadisələrinin yaşandığı etiraz dalğalarının ardından həftənin ilk günü paytaxt Vaşinqtonda sülh məqsədli protestlər keçirildi.

2020-06-02

gun az article

İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub

2020-06-02

gun az article

Kirmanda narkotik maddə qaçaqmalçıları ilə atışmada sıravi əsgər həlak olub

2020-06-02

gun az article

Zərif Sirus Əsgərinin Amerikadan İrana doğru yola düşdüyünü bəyan edib

2020-06-02

gun az article

‍Əhməd Cənnəti: "Deputatlar namizədliklərin təsdiqlənməməsindən dərs çıxarsınlar"

2020-06-02

gun az article

Kirmanşah əyalətində koronavirusa yoluxanların sayı 4872 nəfərə çatıb

2020-06-02

gun az article

Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”

2020-06-02

gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01

gun az article

İranda son 1 sutkada 81 nəfər koronavirusdan ölüb

2020-06-01

gun az article

Əhvaz və Mehrabad hava limanlarında iki təyyarə təcili eniş edib

2020-06-01

gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30