GünazTV April.09.2020: İrana casusluq ittihamı ilə bir israilli şəxsin tutulması

2020-04-09 16:09

İrana casusluq ittihamı ilə bir israilli şəxsin tutulması

İsrailin Daxili Təhlükəsizlik Agentliyi (Şin Bet) çərşənbə axşamı bir İsrail vətəndaşını İrana casusluq və İslam respublikası Kəşfiyyat Nazirliyi ilə əməkdaşlıq ittihamı ilə həbs etdiyini açıqladı.

İsrail təhlükəsizlik agentlikləri təqsirləndirilən şəxsin adını çəkməkdən imtina ediblər. Lakin İranın xüsusi xidmət orqanlarının İsrail vətəndaşından İsrailin stratejik bazaları, İsrail cəmiyyətini bölüşdürmə yolları, İsrail hədəflərinə qarşı terror hücumları və İranla əməkdaşlıqda maraqlı olan İsrailin Ərəb vətəndaşlarının siyahısı haqqında məlumat istədiklərini söyləyiblər.

İsrail kəşfiyyat xidmətinin verdiyi məlumata görə, müttəhim xarici səfərlər zamanı İran Kəşfiyyatı ilə əlaqəli şəxslər, o cümlədən Fələstin Qurtuluş Xalq Cəbhəsinin üzvü Xalid Yamani adlı bir Livan vətəndaşı ilə əlaqə qurmuşdu. Shin Bet'in sözlərinə görə, Fələstin Qurtuluş Xalq Cəbhəsi ilə İran'ın xüsusi xidmət orqanları aralarında İsrail əleyhinə sıx əməkdaşlıq var.

Ötən ilin əvvəlində də, Nigeriyada işləyən və yaşayan İsrailin keçmiş Enerji naziri Gonen Segev, İslam Respublikasına casusluq etdiyini etiraf etdi və 11 il həbs cəzasına məhkum edildi. Daha öncə həbs edilmiş və məhkəməsini gözləyən Segev, cəzasının azaldılması üçün ittihamların bir hissəsində günahkar olduğunu bildirmişdi.

İslam Respublikasının casusluq və təxribat səyləri təkcə İsrail ilə məhdudlaşmır və 24 Martda bir Alman məhkəməsi Abdul Hamid S. adlı bir əfqan tərcüməçisini İrana casusluq ittihamı ilə 6 il 10 ay həbs cəzasına məhkum etmişdi. Təxminən 20 ildir Alman ordusunda çalışan Abdul Hamid gizli sənədləri İslam Respublikası Kəşfiyyat Nazirliyinin agentlərinə təhvil vermişdi.

Baxmayaraq ki İranda və digər ölkələrdə millətlər Coronavirus epidemiyasıyla boğuşurkən və İran Yaxın Şərqdə ən çox Coronavirusa yoluxanlara malikkən, İran rejimi dünyada casusluq, təxribat və terror fəaliyyətlərini artırıb.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub

2020-06-02

gun az article

Kirmanda narkotik maddə qaçaqmalçıları ilə atışmada sıravi əsgər həlak olub

2020-06-02

gun az article

Zərif Sirus Əsgərinin Amerikadan İrana doğru yola düşdüyünü bəyan edib

2020-06-02

gun az article

‍Əhməd Cənnəti: "Deputatlar namizədliklərin təsdiqlənməməsindən dərs çıxarsınlar"

2020-06-02

gun az article

Kirmanşah əyalətində koronavirusa yoluxanların sayı 4872 nəfərə çatıb

2020-06-02

gun az article

Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”

2020-06-02

gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01

gun az article

İranda son 1 sutkada 81 nəfər koronavirusdan ölüb

2020-06-01

gun az article

Əhvaz və Mehrabad hava limanlarında iki təyyarə təcili eniş edib

2020-06-01

gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30