GünazTV February.13.2020: İran İslam İnqlabından 41 il sonra bu ölkənin apardığı təbliğat və ortaya çıxan görüntü.

GünazTV February.13.2020: İran İslam  İnqlabından  41 il  sonra  bu ölkənin apardığı təbliğat və ortaya çıxan görüntü.

İran İslam  İnqlabından  41 il  sonra  bu ölkənin apardığı təbliğat  və  ortaya çıxan görüntü, Vaşinqtonda   müzakirə  mövzusu oldu. İran üzrə  ixtisaslaşan Atlantik conuncilin rəsmisi, Barbara Slavin  və onun ətrafında  toplanan siyasi  jurnalistlər İslam Respublikasında  baş verənləri araşdırmağa  calışdı.Müzakirələrə qatılanlar, İrana  gedən jurnalistlərin bu ölkəyə  daha girə bilməməsinin səbəblərini, o cümlədən onların İranla bağlı məlumatları hansı çətinliklərlə topladıqlarını müzakirə etdi.

Nyu-York Times qəzetinin  Fərnaz  Fasihi,  ən son hadisəyə, İranın Ukraynaya məxsus təyyarəni  vurulmasına diqqət  cəkdi. Əvvəlcə  İran rəsmilərinin sosial media üzərindən bütün açıqlamalarını  toplayan jurnalist, onların ziddiyyətli fikirlərindən şübhə etdiyi üçün özünün mənbələri ilə işləməyə başlayıb. Bunulada Nyu-York Timesin  jurnalisti İran hakimiyyətinin yalanını acmağa müvəffəq olub.

 "Mənə maraqlı gələn o olduki, necə ola bilərki, İran prezidenti  bu barədə xəbəri yoxdur ifadəsini işlətdi. Bizi bu özünə cəlb etdi. Necə ola bilər ki, bir ölkənin Prezidenti   məlumatsız olub. Bu  necə mümkündür?!Ölkə  prezidenti baş verən xəbərdən necə kənarda saxlanıla  bilir. Bu prezidentin hökumətdə necə  legitimliyi var. Bəs  onda, kimdir  reallıqda İranı nəzarədə  saxlayan."

 

"Yalan informasiya, sonunçu inqlabın böyük bir hissəsi idi.Yalanlardan biri də o idiki, Şah barəsində  informasiyalar şişirdilmiş, və insanların Şaha nifrəti artmışdı. İran insanı necə katastrofik yoldan kecib. Yalandan asılı idi. Yalan gec və ya tez xalqı  üsyana aparır."

 

  Müzakirələrdə İranın mütəmadı dünya mətbuatı üçün deinformasiya  istehsal etməsinə də toxunuldu. İranın gələcəyini araşdıran Barbara Slavin onu da söylədi ki, yanlış  informasiya Amerikadan da gələ bilir. Məsələn konqres və ağ evin elanında İranın nüvə silahları proqramının inkişafı deyilsədə, sonradan bu təstiqini tapmamışdı. Xanım, Barbara söylədiki, rəsmi Vaşinqtondan gələn bu tipli informasiyalar da  etibarını  itirilməsinı səbəb olur. İran hakimiyyətinin söylədiyi yalanları isə saymaqla bitməz deyir.

 

"Mən bir necə  dəfə İranda qısa səyahətdə olmuşam və həmişə dostlarımın köməyindən asılı olmuşdum. Mən orda olandan sonra, bir hissim var İranla bağlı bu xəbər  düzdür və ya səhvdir. Belə bir deyim var, əlimizdə olan kicik görüntülərdir, kino isə hələ  hec kimdə yoxdu. Təəssüfki, iran dünyaya yalan informasiya istehsal edir."

 

İranda  müxalifətin liderin olmaması da Amerikadakı siyasətcilər  üçün suallar yaradır.İranın  gələcəyini proqnoz edənlər, bu amilə söykənərək  lidersiz toplumun  dəyişikliyə  gücü yetməyəcəyi qənaətindədirlər. Ameriknın bu məsələyə diqqət  etməsini zəruri bilirlər. Digər  tərəfdən isə iqtisadi sanksiyaların da İranın xeyirinə işləyə biləcəyindən narahatdırlar.

 

"Əgər Amerika və İran arasında gizli danışıqlar aparılmırsa, mən rahatlıqla deyə bilərəm biz dalana dirənmişik.  Hamımız  razılaşırıq ki, iqtisadi embarqo və sanksiyalar İran rejimini tərbiyyələndirməkdə  heç nəyə kömək etməyəçək. sanksiyalardan sadəcə  sadə insanlar əziyyət cəkəcək. Əgər  sadə xalq orda  ac,güçsüz  və kasıb olacaqsa onların rejimə qarşı  etiraz  etməyə gücü olmayacaq. "

Xatırladaq ki, İranda Şah rejimi 1979-cu ildə  devrilmişdi. İnqilabın lideri Xamneyi ölkəyə azadlıq gətirəcəyini vəd  etsə də,  ağır  günləri məhz o tarixdən başlayıb. Orta Doğuda önəmli dəyişikliklərə səbəb  olan İran inqilabından sonra,  Amerika-İran münasibətləri də pisləşdi. Buna,  inqilabçıların 41 il əvvəl Birləşmiş Ştatların Tehrandakı səfirliyinə hücum   etməsi səbəb olmuşdu.

Qənirə Ataş, Günaz TV, Vaşinqton.


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN