GünazTV February.17.2020: Ortadoğu! Dünya üçün starteji nöqtə olan Ortadoğu ətrafında siyasi münasibətlər son iki ayda gərginləşən xətt üzrə artır.+Video

GünazTV February.17.2020:  Ortadoğu! Dünya  üçün  starteji nöqtə olan Ortadoğu  ətrafında  siyasi münasibətlər son iki ayda gərginləşən xətt  üzrə artır.+Video

 Ortadoğu! Dünya  üçün  starteji nöqtə olan Ortadoğu  ətrafında  siyasi münasibətlər son iki ayda gərginləşən xətt  üzrə artır.Amerika Prezidenti Donald  Truamp İran siyasətinə haqq qazandırmaq  üçün xüsusən Avropa ölkələrindən dəstək   gözləyir. Bu siyasətin davamı olaraq, Dövlət Katibi Mike Pompeo  Avropa, Asiya  və Ərəb dövlətlərində  görüşlər  keçirir. İrandan gələn xəbərlərdə  isə İslam Dövlətinin  Amerikaya boyun əyməyəcəyi deyilir. İran Prezidenti  Həsən Ruhani, ölkəsinin Ortadoğuda  təhlükəsizliyi qorumaqdakı  rolunu vacib adlandırıb.

“İran təzyiq  altında əsla müzakələrə getməyəcək.Amerikanın tələblərinə əsla  boyun əyməyəcəyik. Düşmənımiz bilirki, təzyiqləri mənasızdır.Amerika nə etsə də uğursuz oalcaq. Ortadoğuda və  Körfəzədə təhlüksizliyi  İranın yardımı olmadan təmin etmək mümkün olmayacaq” İran prezidenti belə dedi.

 İran prezidenti Amerikanın regiondakı əsas müttəfiqi  Səudiyyə Ərəbistanın onlara xəbər  göndərərək münasibətlərini yaxşılaşdırmaq  istədiyini açıqladı. Səudiyyə Ərabistanla həlledilməyəcək problemimiz  yoxdur deyə, İran prezdenti  söyləyib. Hətta Amerika Qüds ordusunun Komandiri Kasım Süleymani öldürüləndən sonra Səudiyyə hakimiyyətindən onlarla  təmasa keşibmiş. İslam respublikası iddia edirki, Amerika  Riyada bu münasibıtlıri pisləşdirmək üçün təzyiq  edir. Səudiyyə Xarici işlər  nazirliyi isə bu xəbəri təkzib edir. Amerikanın Dövət  katibi Mike Pompeyo da Səudiyyə Ərəbistanına çatmaq üzrədir. Onun burdakı görüşlərinin ardından İranın növbəti yalanının üzə  çıxacağı  aydındır. Hələ Münhendə olarkən Pompeo İran İslam Dövlətinin dünya üçün nə qədər  qorxulu olduğuna diqqət çəkmiş  və gələcəyin təhlükəsizliyi üçün çalışdıqlarını söyləmişdi.

Mike Pompeo: “İran raketləri Səudiyyə Ərəbistanının neft yataqlarında partlayır. İran  qüvvələri hələ də İraqda gizli işlər görür.Livan, Suriya və  Yəməndə də İran təsirə malikdir. İranın giber hüçumları Orta Doğunun  kompyüter şəbəkələrini iflic  edir. İran ordusu Livan və İraqda gəncləri qətlə yetirir, hansıki onlar stabil hakimiyyət  qurmaq üçün mübarizə aparırlar.”

 Xatırladaq ki, 1979-cu ildən kəsilən İran ilə Amerika arasındakı  münasibətlər  Obama dövründə  nisbətən yaxşılaşmışdı.Lakin, Tramp  hakimiyyətinin   2018-də Qərb dövlətləri ilə Tehran arasında  əldə  edilən razılaşmadan geri cəkilməsi ilə yenidən gərginləşdi.Yanvar ayında, Qudüs  ordusunun komandiri  Kasım Süleymaninin Amerika tərəfindən öldürülməsinin ardından isə münasibətlər  daha da pisləşib. 

 Qənirə Ataş, GünazTV, Vaşinqton.


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN