GünazTV February.20.2020: İranın Amerikaya göndərdiyi siyasi mesaja cavab gəldi.

GünazTV February.20.2020:  İranın Amerikaya  göndərdiyi  siyasi mesaja  cavab gəldi.

İranın Amerikaya  göndərdiyi  siyasi mesaja  cavab gəldi. İranın dini lideri Ayətullah Əli Xameneyi  rəsmi Tehranın təhdid bitməyənədək, Vaşinqtonla  danışıqlar masasına oturmayacağını demişdi. Birləşmiş Ştatların  Dövlək katibi Mike Pompeo, İran Amerikadan   təzyiq  və təhdid dilini  saxlamasını tələb edir sulaına faktlarla cavab verdi.

“Biz  hər  bir halda danışıqlara hazırıq. Lakin İran  tərbiyyə  və  hərəkətlərini  köklü  dəyişməlidirlər.  Trump administrasiyası 3 ildir bunu tələb  edir.Biz  artıq bu istiqamətdə sxema da qurmuşuq.12  maddədən asılıdır onların edəcəkləri.Əslində tələblərimiz də cox sadədir.Sən öz  nüvə proqramını hazırlaya bilməzsən. İran dünya ətrafında terroru dəstəkləyə bilməz. Hətta indi onlar ballistik proqramlarında aktivdir. Onlar  bunu  özünü müdafiə  üçün etdiklərini deyir, amma hamımız bilirik ki, bu belə deyil. İnsan haqlarının pozulması da vacib faktordur. İran hələ də  bu prinsipləri pozur.”

Mike Pompeo söylədi ki, İran nə vaxt bu tələblərə cavab verib, danışıqlara hazır olacaqsa  biz də o zaman danışıqlar masasına gələcəyik.Amma bu zaman yetişənədək təzyiq siyasətimiz davam edəcək. Həm iqtisadi həm də siyasi təzyiqlərimiz. Biz  diplomatik yollarla İranın dünyadan tədricinə nail olacayıq. Mike Pompeo belə söyləyib.  Xatırladaq ki, 1979-cu ildən kəsilən İran ilə Amerika arasındakı  münasibətlər  Obama dövründə  nisbətən yaxşılaşmışdı.Lakin, Tramp  hakimiyyətinin   2018-də Qərb dövlətləri ilə Tehran arasında  əldə  edilən razılaşmadan geri cəkilməsi ilə yenidən gərginləşdi.Yanvar ayında, Qudüs  ordusunun komandiri  Kasım Süleymaninin Amerika tərəfindən öldürülməsinin ardından isə münasibətlər  daha da pisləşib.

Qənirə Ataş, GünazTV, Vaşinqton.


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN