GünazTV February.22.2020: İran daxilində insanların din faktorundan istifadə edən siyasətçilərə inamı qalmayıb.

GünazTV February.22.2020: İran daxilində insanların din faktorundan istifadə edən siyasətçilərə inamı qalmayıb.

Iran Islam Respublikasının vətəndaşları, millətvəkili seçmək üçün  cümə günü  seçkilərdə oldu. Müşadidələr göstərdi ki,  İnsanların   seckiyə inamı qalmadığı üçün  səsverməyə getmədilər  və bu amil də islam rejiminin tərəfdarlarlarının xeyirinə işləyir. Rəsmi açıqlamada da bildirildi ki, 58 milyon secmək haqqı olan isnanın yalnız 11 milyonu səsini verib. İranın dini lideri Ali Xomneyi 290 nəfərlik məclis üzvülərinin  seciminin  ölkənin xarici siyasətinə təsir  etməyəcəyini desə də, başda Amerika Birləşmiş Ştatları olaraq qərb  dövlətləri İrandakı secki narahatlıqlarını dilə gətirdi. Amerika Birləşmiş  Ştatları, başda  Dövlət  Katibi Pompeo olmaqla  hər kəs  bu seckiləri  saxta adlandırdı. Amerika açıq  şəkiildə dedi ki, insanlara  azad seçim haqqı tanımayan İrandakı İslam rejimi beynəlxalq və insan haqqlarını kobud  şəkildə pozur. Bunun nəticəsi olaraq  Amerika İrana qarşı  həm iqtisadi həm də   siyasi təzyiqlərini davam etdirəçək. Birləşmiş Ştatların İran üzrə xüsusi nümayəndəsi Brain Hook da belə demişdi.

«Milyonlarla insan evdə qalıb, seçkiyə  inanmadıqları üçün səsverməyə getmir.Xalq ölüm olmadan demokratik və  şəffaf seçki keçirilməsini  istəyir. Amerika İran rəsmilərinin əməllərini ifşa  etməkdə davam edəcək. Amerika İran əhalisindən sadə  insani haqqlarını əlindən alan rejimi ifşa edəcək. Bu rejim insanların azad seçiminə hörmət  qoymalıdır.»

     Məsələnin digər  tərəfi, İrandakı seçkinin nəticələr istənilən halda ölkənin xarici və daxili siyasətinə təsir edəçək. Düzdü İranın  xarici siyasətini dini lider  Ayetullah Əli Xameneyi müəyyən etsə də, onun daxildəki gücünü həm də partament verir. Xameneyi də təbii olaraq   tərəfdarlarının məclisdə güclənməsi  üçün əlindən gələni edir. Digər  tərəfdən gələn il İranda   prezident  seçkisi olacaq. Xameneyi  növbəti prezidenti də seçərkən öz  maraqlarını qorumağı  düşünür. Ona bu yolda saxta seçilən millət  vəkilləri  kömək ola bilər. İrandan aldğımız görüntü və məlumatlar da əhalinin seşkilərə getmədiyini sübut  edir. Buna baxmayaqar seçkiyə getməyən əhalinin əvəzinə məntəqələrə  dolu sandıqların  gətirildiyi barədə məlumatlar var. Bu da etirazların yaranmasına səbəb olub. Tehran sakininin GünAz TV-yə dediklərini eşidək.

 “ İran İslam Respublikasında keçmiş seçkidən fərqli idi. Xalq etiraz olaraq gəlmədi. Xalqın bu dövlətdən ümüdü  kəsilib. Millət  dövlətin bu məsələdən şou etməsinə icazə vermək istəmədi. Xalq bu məsələni sanksiya qoymuşdu. Ona görədə seçki sakit oldu. Səs verənlər əsasən Sepah ordusu və dövlət işçiləri məcburi səs verməyə gətirmişdi.Daha gələcəyə bu ölkədə ümid yoxdur. Xalq bu dövlətin gələcəyini İslam dövləti ilə gələcəyə aparmaq istəmir  ”

Sonda  İranın dini liderinin  seçkidən bir gün əvvəl istifadə etdiyi gedişə  diqqət  çəkmək istədim. İranın dini lideri insanları seckiyə həvəsləndirmək üçün dini amildən  istifadə etdi.Səs vermənin dini öhdəlik olduğunu deməsi də işə yaramadı. Bu onu göstərdi ki, adı islam dövləti olsa da İran daxilində insanların din faktorundan istifadə edən siyasətçilərə inamı qalmayıb.

Qənirə Ataş, Günaz TV Vaşinqtonş.


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN