GünazTV February.22.2020: İran İslam Respublikası bu gün parlament seckilərinə gedir

2020-02-22 19:10

İran İslam Respublikası bu gün parlament seckilərinə gedir.Səsvermə hüqüqüna malik 50 milyondan çox seçici məclis üçün bu yola çıxır. İranın dini lideri Ali Xomneyi seçkilərin demokratik keçiriləcəyini vəd  etsə də, onun dediklərinə  nə daxildə, nə də xariçdə inananlar tapılmır. Müxalifət xalqı seçkiləri baykot etməyə cağırır. Amerika Birləşmiş Ştatları isə İranda  məhz  azad və ədalətli seçkiyə mane olduqları üçün 5 rəsminin adını  qara siyahıya daxil edib.    

Rəsmi Vaşinqton açıqlamasında,  seçkidən məsul olan komissiyanı, minlərlə namizədi   seçkiyə qatılmaqdan  məhrum etməkdə günahlandırdı.Bu insanlar  Mühafızəkar Komissiyasının katibi  Ahməd Jannati, komissiyanın üzvüləri  Muhamməd Yazdi və  daha 3 nəfərdir. Qadağa bu insanların,Amerikada  sahib olduqları  mal varlıqlarına əl qoyur və eyni zamanda Amerikalılarla əməkdaşlıq  etməsini yasaqlayır.Amerikada düşünürlər ki, İranın dini lideri bu addımlarla xalqını aldadır.Amerikanın İran üzrə Xüsusi təmsilçisi  Brian Hook da, jurnalistlər  qarşısına keçərək rəsmi Vaşinqtonun demək istədiklərini dilə gətirdi.

“Onlar  7 mindən çox insanı, seçkiyə qatılmağa qoymadı. Parlamentdə indi təmsil olunanlardan 96 nəfərinə də maneə yaratdılar. Milyonlarla insan evdə qalıb, seçkiyə  inanmadıqları üçün səsverməyə getmir.Xalq ölüm olmadan demokratik və  şəffaf seçki keçirilməsini  istəyir. Amerika İran rəsmilərinin əməllərini ifşa  etməkdə davam edəcək. Amerika İran əhalisindən sadə  insani haqqlarını əlindən alan rejimi ifşa edəcək. Bu rejim insanların azad seçiminə hörmət  qoymalıdır.”

İran  hakimiyyətinin,  dünya və region  üçün real təhlükə olduğunu söyləyən Brain Hook söylədi ki, biz rəsmi Tehranı düz yola gətirmək üçün calışırıq. Amma Tehran hələ də öz tutduğu yoldadır.  

“Bir  neçə gün əvvəl Amerika ordusu İrana məxsus gəmini ələ keçirdi. O gəmidə Yəmənə külli miqdarda silah daşınırdı. O silahlar sadə  insanların həyatı üçün böyük təhlükələr  yarada bilərdi. İranın Yəmənə silah göndərməsi BMT-nin razılaşmalarını pozur. İranın hərəkətləri göstərir ki, onlar  iki üzlüdürlər. Yəməndə  diplomatiyanı dəstəkləyirik deyirlər, amma hərəkətləri başqadır.”

İranın onunla təhdid  dili ilə danışan Amerika ilə danışıqlar masasına oturmayacaqla bağlı, Günaz TV-nin sualına Brain Hookun cavabı  belə oldu.

“Biz 2017-çi ildən İrana qarşı  eyni startegiyanı işlədirik.Bunun 3  kompanenti var. Birincisi rejimə gərəkli olan maliyyənin kəsilməsi, ikinci saxladıqları insanlarımızı  qaytarmalıdırlar  və nəhayət biz İran insanlarını dəstəkləyəçəyik. Biz bu staregiyanı hər gün işlədirik. Əldə  etdiyimiz  nətiçələrdən çox  razıyıq. Biz  bu müddətdə  açıq  elan etmişdik ki, danışıqlara hazırıq. Lakin rejim başqa yol tutmağa qərar verdi. Və biz heç nəyə tələsmirik. Bizim çoxlu vaxtımız var. Dövlət Katibi Pompeoda bunu demişdi. İran rejimi ya normal ölkə qurmalıdır, ya da gözünün qarşısında iqtisadiyatları məhv olaçaq. Və onların seçimi ikinçisi olub.”

Rəsmi Tehranın Amerikanın İsveçrə vasitəçiliyi ilə göndərmək istədiyi yardımdan imtinasına da Brain Hookun cavabı vardı. Amerika bu yardımı  kasıblıqdan əziyyət cəkən xalq üçün göndərir və dərman vasitələri çatdıracaq iki şirkətlə danışıqlar aparılır.

Ganira Atash, Günaz TV, Vaşinqton!

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.06.2020: “Etirazlar Corona virusuna tutulanların sayını artırır”

2020-06-06

gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04