GünazTV January.23.2020: Amerikanın Suriyadakı özəl təmsilcisi James Jeffrey: Presskonferansı .+Video

GünazTV January.23.2020: Amerikanın Suriyadakı özəl təmsilcisi James Jeffrey: Presskonferansı .+Video

Amerika Birləşmiş Ştatları ilə İran arasında müharibənin astanasınadək gedib cıxan İran generalı Süleymaninin öldürülməsindən sonra, Birləşmiş Ştatların Suriyadakı özəl təmsilcisi ilk dəfə jurnalistlərin suallarını cavablandırdı. Diplomat  James Jeffrey  Vaşinqton-Tehran xəttindəki kriz durumunu bir necə gün əvvəl bölgədə Türkiyə rəsmiləri ilə dəyərləndirib. Jurnalistləri maraqlandıran sual, son hadisələrdən sonra bölgədə şiddət olaylarının mövcudluğu ilə bağlı idi.James Jeffrey, İranlı general Kasım Süleymaninin Iraqda öldürülməsinin ardından bölgədə  IŞİD-dən qaynaqlanan şiddət olaylarında artım müşahidə etmədiklərini dedi. Lakin, Jeffrey, Iraqda əməliyyatlar zəyiflədilirsə, IŞİD-ə qarşı mübarizənin   zərər görəcəyini düşünür. Yüksək cinli diplomat  “Əğər bir necə  həftə əvvələdək gördüyümüz işləri təxirə salsaq, terrora qarşı mücadilənin hər ötən saat geri getdiyini hamımız görə bilərik.

 

  SİNX-James Jeffrey

 

Suriya və İraqda IŞİD-ə  qarşı mübarizə gələn həftə koalisiya dövlətlərinin  siyasi təmsilciləri ilə  Kopenhagendə müzakirə edəcək. O, İraqdakı  koalisiya qüvvələrinin böyük həcimli əməliyyatları dayandırdığını dedi.  Kasım Süleymaninin ölümündən sonra,  İraq məclisinin Amerika qüvvələrinin İraqı tərketməklə bağlı qərarını da şərh etdi.

 

  SİNX- Bizim İraq hökuməti ilə danışıqlarımız davam edir.  Hər şeyin yaxşı olacağına inanraq, İraqda İŞİD-lə mübarizəyə davam etməyə hədəflənmişik.

  

Xatırladaq ki, Amerikanın  İran Qüds Gücü komandiri   Kasım Süleymanini  öldürdüyü əməliyyatdan sonra,  İran da Iraqa Birləşmiş Ştatların hərbi bazasını balistik raketlərlə hədəf almışdı. Prezident  Trump da daxil olmaqla Amerika rəsmiləri bu hücumda əsgərlərə zərər dəymədiyini demişdi.Lakin bir necə gün sonra 11 amerikalı əsgərin  beyin silkələnməsi   şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi acıqlandı.

 

Hadisələrdən sonra İran nə qədər sakit görünməyə calışsa da Amerika ilə İraqda hər hansı bir formada qarşılaşacağı aydın ğörünür. İraqdakı İrandan dəstək alan Şiyə qruplarının Cümə günü ücün planladığı etiraz aksiyası da bunun tərkib hissəsi ola bilər. Amerikaya qarşı etiraz adı ücün toplanan bu qruplar  iki ölkə arasındakı krizi bir daha alovlandıra bilər.Qənirə Ataş,Günaz TV-nin Vasinqton bürosundan.

 

  Ganira Atash
 



HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN