GünazTV January.26. 2020: İranlı general Kasım Süleymaninin İraqda öldürməsinə cavab olaraq....

GünazTV January.26. 2020: İranlı general Kasım Süleymaninin İraqda öldürməsinə  cavab olaraq....

İranlı general Kasım Süleymaninin İraqda öldürməsinə  cavab olaraq, İran raketlərinin Amerika Birləşmiş Ştatlarının İraqdakı hərbi bazasına hücumundan sonra, amerikalı əsgərlər arasında itkinin olub olmaması yenə də gündəmə gəlib.  İran rəsmiləri bu xəbər ətrafında spekulasiya edərək, ölkə vətəndaşlarını aldatmağa calışır. İran  rəhbərliyi ilk andan iddia etdi ki, bazaya hücum zamanı can itkisi olub.Amma rəsmi Vaşinqton əvvəldən bunu  təkzib etdi. Hec bir əsgərin burunu belə qanamayıb xəbəri gəldi.Bir necə müddət sonra isə, 11 hərbcinin beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi  acıqlandı.

Bu xəbərdən istifadə edən İran rəsmiləri isə  vətəndaşlarını yenidən aldatmağa calışır. İran mətbuatı Amerikalı əsgərlərə ciddi zərər vurduqlarına dair məlumatlar dərc edir.Əslində nə baş verib?! Bu xəbərə, Pentaqon geniş aydinlıq  gətirdi. Pentaqon sözcüsü Jonatan Rath Hoffman,  İranın hücumu zamanı  34 əsgərinin zərər gördüyünü, onların 8-nin Amerikaya göndərildiyini dedi. Diaqnoz isə beyin  silkələnməsidir.

 Amerika rəsmiləri, qanunla belə tipli məlumatı hec bir halda mətbuatdan gizlətmir. Pentaqon, xəbərin ictimayyətə gec catdırılmasına belə aydınlıq gətirdi. Bizim belə bir planımız olmayıb. Amerika ordusu  həyat təhlükəsi olan, ciddi xəsarətləri bildirmək məcburiyyətindədir. Amma beyin travması kimi diaqnozlar  sonradan qoyulur. Əsgərlərin səhətindəki dəyişiklik sonradan hiss edilib. Jonatan Rath Hoffman belə söylədi.

Prezident Donald Trump da   gecikmiş məlumata belə reaksiya verib. Mənə bir necə gün sonra dedilər. “Baş ağrıları olduğunu eşitdim,amma ciddi bir şey olmadığını deyə bilərəm. İndiyədək gördüyüm digər yaralıların cox ciddi problemləri olurdu.Əl və ayaqları olmayanları gördüm”  acıqlamasını edib.

Qənirə Ataş, Günaz TV-nin Vaşinqton bürosu.


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN