Günaz TV January.28.2020: Qüds bölümdən İsrailin paytaxtı olacaq...

Günaz TV January.28.2020: Qüds bölümdən İsrailin paytaxtı olacaq...

GünAz TV: Qüds bölümdən İsrailin paytaxtı olacaq. Bu açıqlama Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trapdan gəldi.  Onun,  “Yüz  ilin planı” kimi təqdim etdiyi sənəddə Qüdsün  bölünməmiş formada İsrailin olacağı deyilir. Prezident kimi ilk səfərini İsrailə etdiyini xatırladan  Amerika prezident bu günədək sələflərinin də regiona sülh gətirmək ücün çalışdığını xatırlatdı.Amma onun planının fərqli olduğuna diqqət çəkdi. Plan nədən ibarətdir? Trump belə düşünür ki, Fələstin xalqı yoxsulluq icində əziyyət çəkir və bunun səbəbi də, müharibə, o cümlədən xalqın radikal hisslərlə böyüdülməsidir.

 

Amerika Prezidedntinin dedikləri:

 

“Fələstin xalqı daha gözəl bir gələcəyə layiqdir. Netanyahu müzakirəni qəbul etdi, hər iki tərəf sülh istəyir. Bizim  yeni planımız Fələstin ərazilərinin faktiki ikiqat artırılmasını nəzərdə tutur. Bu xəritəyə görə, Şərqi Qüdsdə Fələstin paytaxtı da yaradılacaq, burada Amerika Birləşmiş Ştatları qürurla səfirliyini açacaq.” 

 

Plana görə, müqəddəs  Əl Aksa məscidi  ziyarət ücün fələstinlilərə açıq olacaq. Yeni fələstin dövlətinə isə  böyük yatırımlar qoyulması nəzərdə tutulur. Eyni zamanda bölgədə  Həmas  qruplaşmasının fəaliyyətini  qadağan edəçək qanunlar qüvvəyə minəcək. 4 il boyunca Fələstin-İsrail bu təklifi  müzakirə edə  biləcək.  Tramp   danışarkən, zalda Amerikadakı  yəhudi lobbisinin öndə gedən şəxsləri dayanmışdı. Çıxış edən İsrail Baş Naziri Netanyahu da Trumpun qızı İvankaya və onun əri Kushnerə davamlı təşəkkür bildirməklə İsrailin Amerikadakı dostlarına güvəncinin sonsuz olduğunu göstərirdi. Amerika Prezidentinin bu planı Orta Doğuda necə  qarşılanacaq? Fələstinlilər Qüdsün İsrailə verilməsinə  razı olacaqmı? Amerikadan baxanda bu o qədər də asan görünmür. Ekspertlər düşünür ki, bu plan seçkiyə getməkdə olan Amerika və İsrail rəsmilərinə sərf edir. Tramp Amerikadakı yəhudi lobbisinin səsinə sahib olmağa çalışır. Amma Rəsmi Vashinqton bu planın işləməsi üçün çalışacaqlarını elan etdi.Düzdü Prezident Trump da etiraf etdi  ki, plana qarşı risklər olacaq. Bunu söyləyərkən İranın roluna diqqət çəkdi. 

 

Qənirə Ataş, GÜNAZ TV Vaşinqton bürosu.
 
 

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN