Corono virusu ilə mübarizə aparan Amerika Birləşmiş Ştatlarında hər gün yeni mənzərə ortaya cıxır. Prezident Donald Truampın 15 gün evlərdə oturmaqla bağlı təlimatı qüvvədə olsa da, virusun yayıldığı ştatlardan da fərqli xəbərlər gəlir. Əgər virus əvvəlcə Californiya və Vaşinqton ştatında geniş yayılmışdırsa, indi Nyu Yorkdan gələn xəbərlər narahat edicidir. Buda virusa yoluxanların sayı 31min oldu, həyatını itirənlərin sayı isə 285-ə yüksəldi. Nyu York valisi Andryu Cuomo, senatla hökumətin razılaşmasını şərh edərək, "2 trilyon dollar yardım yaxşı xəbər deyil, Nyu York bu virus üzündən 15 milyard dollar itirəcək deyib.Nyu Yorkda tibb fakultəsinin tələbələrini kömək etmək üçün 3 ay əvvəl məzun ediblər. Manhattandəki Bellevue xəstəxanasınn morgunun itkilərin artması səbəbi ilə çatmayacağıını düşünərək yeni morglar hazırlayırlar. Bu ştatda eyni zamanda ağır cinayətdə adı kecməyən 300 məhkum da azad ediləcək.Nyu Yorkdakı durum Ag evdəkiləri də ciddi narahat edir.
“Biz Nyu York rəsmiləri ilə çoxlu zaman keçiririk. Ora ən qaynar nöqtədir. Məsuliyyətli və narahatedici yerdir. Və Nyu Yorku cətin həftələr gözləyir. Ştat rəhbərliyi əla işləyir. Orda yeni hospitalları hazır duruma gətiririk.Bu çətin günləri arxada qoymaq üçün səlahiyyətim daxilində əlimdən gələn hər şeyi edəcəyimi bilməyinizi istəyirəm.Təkcə bu gün ştata 4 min əlavə nəfəs balonu göndərmişik. ”
Virusun iqtisadiyyat üzərindəki təsirindən narahat olan hökumətin bu mübarizədə 15 günlük evdən cıxmamqla bağlı təlimatı var idi. İndi o gün bitmək ərəfəsində olduğu üçün Ağ Evin hansı addımları atacagı sual yaradır. Prezidenti Donald Trump bu gün jurnalistlər qarşısında açıqladıki, müddət dolduğunda atılacaq adımlarla bağlı tələsik qərar verməyəcək.Ola bilər bəzi ştatlarda iş saatları azaldılsın.O, iqtisadiyyatda yenidən fəaliyyətə başlamağımızı istəməyənlər var, deyərək bununlada qarşıdakı president seşkisində onun uduzmasına çalışanların olduğunu dedi.Jurnalistlər Cənubi Koreyada hər kəsin test olunması barədə missal gətirdilər.350 milyonluq Amerika xalqı test edilə bilərmi soruşulsa da, Trump bu mənasızdır dedi. Dünya səhiyyə təşkilatının davranışları da Amerikada suallar yaradıb.Çinin lehinə edilən açıqlamalar Vaşinqtonda hələ uzun müddət müzakirə ediləcəyi indidən görünür. Ona ünvanlanan ağır suallardan yayınmaq istəyən Trump qəflətən doktor Anthony Fauciyə dönərək “bəlkə səni bu siyasi qarışıqlığın içinə indi daxil edim soruşdu. Doktor Fauci isə, xeyir belə bir addım atmağnnızı əsla istəmərəm cavabını verdi. Amma o, öz sahəsinə aid olan istənilən suala cavaba hazır idi. Çin virusa qalib gələn kimi görünsə də, qonşu ölkələrdən yenidən onlara keçə biləcəyi istisna deyil. O, virusun mövsümə görə özəlliyi ola biləcəyindən də danışdı.
“Buna hazırlıqlı olmalıyıq.Cənub yarımkürəsində olan ölkələr qış mövsümünə girənədək, virusun o ərazilərdə yayılması ola bilər.Bu da mövsümü hal almaga şərait yarada bilər. Buna hazırlıqlı olmaq üçün fəaliyyətimizi davam etdirməliyik. Çünki bu dövr edib yenə dönə bilər.Biz indi vaksin düzəltməliyik, onu inkisaf etdirməliyik.Testləri genişləndirməliyik. Gələn sezona dərmanlarımız artıq hazır olmalıdır.”
Ag evin senata göndərdiyi 2 tirilyonluq yardım paketinə, qanunverici orqandan şifahi razılıq gəlib. Senat bu xəbərin Amerika ailələri ücün şad xəbər olacağını hesab edir.
Qənirə Ataş, GünazTV, Vaşinqton