GünazTV March.27.2020: Amerika Senatı 2 trilyon dollarlıq koronavirus qurtarma qanun layihəsini təsdiqlədi

2020-03-27 17:34

Amerika Senatı 96 müvafiq və 0 muxalif səs çoxluğu ilə çərşənbə günü gecə yarısından bir qədər əvvəl 2 trilyon dollarlıq böyük bir koronavirus qurtarma paketini qəbul etdi. Bu yardım paketi adi amerikalılar, müəssisələr və hava yolları şirkətləri və istehsalçılar üçün nağd pul və yardım təmin edəcəkdir. 880 səhifəlik bu qanun layihəsi Amerika tarixindəki ən böyük iqtisadi yardım qanun layihəsidir.

Prezident Trump da öz məmnuniyyətini bir tvit ilə göstərdi: "Amerika Birləşmiş Ştatları Senatında 96-0, təbriklər AMERİKA."

Bu qanun layihəsində aşağıdakı siyahı daxildir:

Danışıqlar aparıldığı plana əsasən, tək amerikalılar 1200 dollar, evli cütlüklər 2400 dollar, valideynlər isə 17 yaşdan kiçik hər bir uşaq üçün 500 dollar pul yardımı alacaqlar.

Qanun layihəsinə görə təhsil İdarəsi öyrənci krediti borcalanları üçün ödənişləri sentyabr ayının 30-dək cəriməsiz bir biçimdə dayandıracaq.

Federal hökumət, Amerika tarixində bənzəri görünməmiş bir işsizlik sığortası təmin edərək, işsiz işçilərə həftədə 200 dollardan 550 dollar arasında dəyişən dövlət yardımları verəcək. Bu işsizlik yardımı Amerikada tarixi bir addımdır.

Xəzinədarlıq İdarəsi 500 milyard dollarlıq kredit, kredit zəmanəti və yatırımlar təmin edəcək. Xüsusilə bu pakətə yolçu hava nəqliyyatı şirkətləri üçün 25 milyard dollar, yük hava nəqliyyatı şirkətləri üçün 4 milyard dollar və milli təhlükəsizlik sahəsində işləyən şirkətlər üçün 17 milyard dollar daxildir.

Bu paketə, zərər görmüş hava yolları sənayesinə ücrətlət və məzayalar təmin etmək üçün 32 milyard dollarlıq qrant daxildir.

Uber və Amazon kimi şirkətlərə çalışan müstəqil kontraktorlar və sərbəst işçilər federal yardımlarından faydalana biləcəklər.

Bu qanun layihəsi kirayəçiləri kirayə verənlərə qarşı qoruyacaq və ev yiyələri 120 günə dək öz kirayəçilərini kirayə haqqını ödəmədiklərinə görə evdən çıxara bilməyəcəklər.

 Bu qanun layihəsi, qida banklarına Təcili Qida Yardım Proqramı üçün 450 milyon dollar təmin edir. Təxminən 350 milyon dollar əlavə ərzaq üçün, 100 milyon dollar isə paylanmaq üçün istifadə ediləcək.

Bu qanun layihəsinə Dövlət Departamenti üçün 324 milyon dollar, həmçinin təxliyə xərcləri üçün pul da daxildir. Təqdim olunan layihədə kimin təxliyə ediləcəyi, Amerika diplomatları və ya xaricdə yaşayan Amerika vətəndaşları olub olmadığı göstərilmir. Dövlət Departamentinin yüksək vəzifəli bir rəsmisi, 9 min 300 amerikalıın artıq geri qaytarıldığını söyləyib. Fərqli bir Dövlət Departamentinin rəsmisi hökumətin xaricdə kömək istəyən 13 min 500 amerikalını izlədiyini söyləyib.

Bu qanun layihəsinə xaricdə fəaliyət göstərən Sülh Korpusu könüllüləri üçün 88 milyon dollar pul daxildir. Bu təşkilat ötən həftə bütün əməliyyatlarını dayandırdı və könüllüləri təxliyə etdi. Bundan əlavə, bu tədbir diplomatik proqramlar üçün əlavə 324 milyon dollar, beynəlxalq fəlakətlərə yardım üçün 258 milyon dollar, göçmən və qaçqınlara yardım üçün 350 milyon dollar və USAİD agentliyi əməliyyat xərcləri üçün 95 milyon dollar təmin edir. 

Bu tarixdəki ən böyük iqtisadi yardım qanun layihəsi Prezident Trump tərəfindən imzalanmadan əvvəl Amerikanın Nümayəndələr Palatasında və məclisində da təsdiq olunmalıdır.

Əhməd Haşimi, Günaz TV-nin Vaşinqton bürosu

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06

gun az article

Əfqanıstan səhiyyə naziri: “Ölkə əhalisinin üçdə biri koronavirusa yoluxub”

2020-08-06

gun az article

İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"

2020-08-06

gun az article

İranın Qum şəhərində daha 1 məhkum dara çəkilib

2020-08-06

gun az article

İranın neft ixracatı günlük 101 min bareldən aşağı düşüb

2020-08-06

gun az article

İranda daha 174 ölüm halı ilə koronavirisdan vəfat edənlərin sayı 17 976 nəfərə çatıb

2020-08-06

gun az article

Mayk Pompeo: “Biz İran rejiminin hərbi silah almaqla digər ölkələri təhlükəyə salmasına imkan verməyəcəyik”

2020-08-06

gun az article

Rəsmi Kiyev İrandan vurulmuş təyyarə ilə bağlı hərtərəfli hesabat tələb edib

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: “Livandakı partlayışda Azərbaycanlı iş adamına zərər dəyib”

2020-08-05

gun az article

Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib

2020-08-05

gun az article

Amerikalı rəsmi: "Rusiya, Çin, İran və Şimali Koreyanın təhdidləri artıb"

2020-08-05