GünazTV May.22.2020: İran və İsrailin bir-birlərinin infrastrukturlarına kiberhücumları

2020-05-22 17:46

İran və İsrailin bir-birlərinin infrastrukturlarına kiberhücumları

İran və İsrail arasındakı gərginlik artdıqca, son iki ayda iki ölkənin bir-birinin altyapılarına qarşı kiber hücumları başlatdığı bildirilir.

Washington Post qəzeti adı açıqlanmayan bir ABŞ hökumət nümayəndəsi və xarici hökumət rəsmilərinə istinadən Mayın 10-da Hormozgan əyalətindəki Şahid Rəca'i limanındakı dəniz obyektlərinə və yollarına kiber hücumun İsrail tərəfindən həyata keçirildiyini söylədi. Qəzet, İranın İsrailin su şəbəkəsinə son kiberhücumuna cavab olaraq İranın Rəca'i limanına kiber hücumuna başladığını bildirdi.

Hücumdan bir gün sonra İran Limanları və Dəniz Təşkilatının baş direktoru Məhəmməd Rastad bunu təsdiqlədi, və kiber hücumu liman operatorlarının çıxış sənədlərinin verilməsində müvəqqəti pozulmalara səbəb olduğunu bildirdi.

Rastad, Mayın 12-də də İLNA xəbər agentliyinə danışaraq hücumu "uğursuz" adlandırdı. Rastad, hücumun "yalnız limanlarda bir sıra özəl sektordun əməliyyat sistemlərinə nüfuz edib və zərər verə bildiyini" qeyd etdi.

Washington Post xarici bir hökumət təhlükəsizlik işçisinə istinad edərək bu hücumun "çox dəqiq" olduğunu və bunun İran rəsmilərinin dediklərindən daha təsirli olduğunu söylədi. Hesabatda kiberhücum nəticəsində bir neçə günlük fəaliyyətin və limandakı nəqliyyatın dayandırılmasına işarə edilir.

New York Times, da İranın neft obyektlərinə "geniş kiberhücumu" ABŞ hökumətinin İranın Səudiyyə neft obyektlərinə hücumuna cavab olaraq nəzərdən keçirilmiş seçənəklərdən biri olaraq adlandırmışdı.

New York Times qəzetinin verdiyi məlumata görə, İranın kiberhücumunda su şəbəkəsinə ziyan dəyməyən İsrail əvvəlcə reaksiya vermək niyyətində olmadı, ancaq bazar gününə qədər müdafiə naziri olan Naftali Bennett ölkəsinin İranın infrastrukturuna qarşı qisas alınmasını və dünya mediasına göndərilməsini istədi.

İran İsrailin su şəbəkəsinə edilən kiberhücuma görə səssiz qalmışdı, lakin İsrailin 10 Mayda Rəcai limanına etdiyi cavab hücumunu limanın kompüter sistemində kiçik bir pozuntu olaraq xarakterizə etmişdi.

İran və İsrail on ildən çoxdur ki, gizli kiber müharibəsinə giriblər. İsrail və ABŞ 2010 da Stuxnet adında bir virus göndərərək İranın nüvə obyektlərinə kiberhücum etdilər və İran da dəfələrlə İsrail və ABŞ-dakı hədəflərə qarşı kiberhücumlar edib.

Bəzi məlumatlara görə, keçən il İranla ABŞ və İsrail arasındakı gərginlik artdıqca, İranın infrastrukturuna kiberhücum barədə xəbərlər yayıldı. 2019-cu ilin sentyabr ayında, İranın cənubundakı neft-kimya obyektlərində hazırlığına "narıncı vəziyyət" elan etdiyi bir xəbər dərc edildi və bu, əlbəttə ki, İran rəsmiləri tərəfindən rədd edildi.

Habelədə dünən ümumdünya Əl-Quds Günü deyilən ərəfədə İsrail bildirdi ki yüzlərlə və hətta minlərlə İsrail saytları hakerlər tərəfindən hücuma məruz qalıb və o səhifələrdə anti-İsrail yazılar yayılıb.

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

2021-06-23

gun az article

Mais Bərxudarov yeni hərbi hissənin açılışında

2021-06-23

gun az article

Azərbaycan UNESCO-ya müraciət edib

2021-06-23

gun az article

Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açıb

2021-06-23

gun az article

İranda neftçilərin etiraz aksiyası: Tətil hərəkatı genişlənir- VİDEO

2021-06-23

gun az article

“Abbas Əraqçiyə tam səlahiyyət verilsə, sansiyaları aradan qaldıra bilər”- Həsən Ruhani Vyana prosesindən danışdı

2021-06-23

gun az article

İran TIR-ları Xankəndinə yük daşıyır-FOTO

2021-06-23

gun az article

Çavuşoğlu Almaniya XİN başçısı ilə görüşüb

2021-06-23

gun az article

Prezident İlham Əliyev BƏƏ-nin iqtisadiyyat nazirini qəbul edib

2021-06-23

gun az article

Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə edib

2021-06-23

gun az article

Səudiyyə Ərəbistanı: “İbrahim Rəisi barədəki mövqeyimiz onun davranışından asılıdır”

2021-06-23

gun az article

Qarabağda nə baş verir? –“Arayikə qarşı üçüncü qüvvə ortaya çıxıb”-Politoloq

2021-06-23

gun az article

İsrail ordusunun qərargah rəisindən Amerikaya İranla bağlı xəbərdarlıq

2021-06-23

gun az article

“Taliban” Əfqanıstana nəzarəti ələ keçirir, prezident ABŞ-a gedir

2021-06-23

gun az article

Azərbaycan Dünya Bankının koronavirusla mübarizəyə görə təklif etdiyi kreditdən imtina edib

2021-06-23

gun az article

Putin Qarabağdan danışdı

2021-06-23

gun az article

Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın məhkəməsi başlayıb

2021-06-23

gun az article

Hərbi Dəniz Qüvvələri tərəfindən taktiki təlimlərin ikinci mərhələsinə start verilib

2021-06-23

gun az article

Arayik Rusiya sülhməramlılarını və İrəvanı ifşa etdi: Qarabağda cəmi 35 min erməni var!

2021-06-23

gun az article

ABŞ İranın internet portallarını blokladı

2021-06-23