GünazTV May.22.2020: “Iran xalqına qarşı amansız qəddarlıq tətbiq edən İran rəsmiləri gec və ya tez məsuliyyətə cəlb olunacaqlar”.

2020-05-22 17:48

“Iran xalqına qarşı amansız qəddarlıq tətbiq edən İran rəsmiləri gec və ya tez məsuliyyətə cəlb olunacaqlar”

Amerikanın İran rəsmilərinə qarşı tətbiq etdiyi son sanksiya, rəsmi Vaşinqtonun İran siyasətini bir daha göstərmiş oldu. Xatırladaq ki, Amerikanın dövlət Katibi Mayk Pompeo  insan haqlarını pozmaqda ciddi rol aldığı iddiası ilə İranın Daxili İşlər naziri  Abdulrza Rahmani Fazlinin də aralarında olduğu bəzı İranlı rəsmiləri qara siyahıya aldığını elan etmişdi.İran Islam rejim  Amerikanın embarqosuna etiraz edərək, bunu da öz xeyirlərinə yozmağa cəhd etdi. Bəs, adı keçən Abdulrza Rahmani Fazli kimdir və İran xalqına qarşı hansı əməlləri ilə seçilib. 2013-cü ildən İranın Daxili işlər naziri postunda oturan bu şəxs qəddarlığı ilə seçilir.Ölkə daxilində sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaqdan tutumuş, haqqını tələb etmək üçün etiraz edən sadə iranlıları həbs edərək, işgəncələrə məruz qoymaq, birbaşa bu insanın səlahiyyətindədir. Uzaq getməyək, 2019-cu ilin noyabrında baş tutan etirazlarda sadə iranlılara qarşı amansız qəddarlıq tətbiq etmişdi. İki həftə ərzində 1500 dinc sakinin ölümünə səbəb olmuşdu. Abdulrza Rahmani hətta öz müsahibələrindən birində etiraf edirdi ki, o, sadə etirazçıların başlarından və ayaqlarından güllələnmısinə əmir verib.Onun bu qəddar açıqlamasını, İran hakimiyyəti də dəstəkləmişdi. Qara siyahıya  adı salınan digər İran rəsmisi  kəşfiyyat və təhlükısizlik naziri olmuş Əli Fallahyandır. 1989-dan 1997-ci ilədək vəzifədə olan bu şəxs minlərlə insanın ölümündə məsuliyyətlidir. Əli Fallahyan təkcə İran daxilində dedyil, həm də ölkə xaricində dinc iranlıları təqib edərək, onların qətlində rol alıb. Qara siyahıya adı salınan digər rəsmilərin, insanlığa qarşı cinayət əməlləri saymaqla bitmir.Əfqanıstandan  qaçaraq İran sərhəddinə sığınan əfqanları zor gücünə  Qüds ordusuna daxil edib, onları Suriya müharibəsinə göndəriblər. Bir neçə müddət əvvəl Əfqanıstan İran  sərhəddindən yayılan bu görüntülər də beynəlxalq təşkilatların dediklərini sübut etmiş oldu. Kadrlardan da aydın görünür ki,  normal həyat üçün İran vasitəsi ilə digər ölkələrə getmək  istəyən əfqanlara qarşı İran hərbçiləri şiddət tətbiq edir. Amerikanın  Dövlət  katibi, əfqan dövlətinə bu görüntüləri unutmamağı tövsiyyə edib.Pompeo sonuncu çıxışında xüsusi vurğuladı ki, rəsmi Vaşinqton sadə iranlıların haqqını qorudugu üçün həmişə  qürur  duyacaq.

“Amerika rəsmi Tehranı öz vətəndaşlarına qarşı hörmətlə yanaşmağa cağırır. Onlar iran xalqına qarşı ləyaqətlə davranmalıdırlar. Lakin biz əksini görürük. Bu gün BMT insan  haqlarını pozan 12 iran rəsmisinə qarşı  sanksiya tətbiq etdi. Onlardan biri İranın hazırki daxili işlər naziri Abdulraza Rəhmani Fazlidir. Bİzdə sübutlar var ki, bu adam 2019-cu ilin noyabrındakı etiraz aksiyalarında dinc insanlara qarşı atəş açmağa əmir verib. Onun çirkin və qorxunc siyasəti nəticəsində dinc İran vətəndaşları ölüb. Biz qətlə yetirilən dinc iran vətəndaşlarının qisasını aldığımğz üçün qürur duyuruq”

   İrana qarşı  tətbiq edilən bu embarqolardan həm də məsuluyyətli olan Amerikanın Maliyyə nazirliyidir. Nazir, Mnuchin deyib ki, İslam rejimi fiziki və psixoloji zorakılıq yolu ilə İran xalqının fiklirlərini, dinc etirazçıları şiddətə məruz qoyur. Amerika öz xalqına qarşı zülüm və təhqirləri davam etdirən İran rəsmilərini və qurumlarını məsuliyyətə cəlb etməkdə  davam edəcək. Sitatın sonu.  

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İlam əyalətində “Covid-19” infeksiyasına yoluxanların sayı 4386 nəfərə çatıb

2020-07-14

gun az article

İran Müdafiə Nazirliyinin təqaüddə olan rəsmisi Amerikaya "casusluq" ittihamı ilə edam edilib

2020-07-14

gun az article

İran televiziyası Qarabağı "erməni torpağı" adlandırıb- VİDEO

2020-07-14

gun az article

İranda daha 179 nəfər koronavirusdan ölüb, 2521 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-07-14

gun az article

Amerikalı rəsmi: “Prezident Tramp heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”

2020-07-14

gun az article

İranda daha bir zavodda partlayış baş verib

2020-07-14

gun az article

Mazandaran əyalətində koronavirus infeksiyası pik həddə çatıb

2020-07-14

gun az article

Kirmanşah həbsxanasında daha 1 məhkum edam edilib

2020-07-14

gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yoluxub, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12