Gürcüstanda etiraz aksiyalarında 240 nəfər xəsarət alıb

Gürcüstanda etiraz aksiyalarında 240 nəfər xəsarət alıb

GünAz TV: Tiflisdə keçirilən etiraz aksiyalarında 240 nəfər xəsarət alıb, onlardan 102-si klinikalara yerləşdirilib.

 

"Report" "1tv"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə nazirinin birinci müavini Zaza Boxua xəsarət alanları ziyarət etmək üçün getdiyi İnqorokva klinikasında bildirib.

 

Onun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır, ikisi isə əməliyyat olunur.

 

Bundan əlavə, parlament binası qarşısındakı etiraz aksiyalarında xəsarət alan iki nəfərin gözü cərrahi müdaxilə ilə götürülüb.

 

Qeyd edək ki, Tiflisdə parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurmada və gözyaşardıcı qazdan istifadə olunub. Etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar rəsmi olaraq hələ təsdiq edilməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN