Gürcüstanda Prezident sarayının və parlament binasının qarşısında aksiya keçirilir

Gürcüstanda Prezident sarayının və parlament binasının qarşısında aksiya keçirilir

GünAz TV: Gürcüstanda Prezident sarayının və parlament binasının qarşısında aksiyalar keçirilir.

 

"Vahid Milli Hərəkat" partiyasının üzvləri Prezident sarayının qarşısında keçirdiyi mitinqdə Prezident Salome Zurabişvilinin qətl törədən üç nəfəri və beynəlxalq axtarışda olan bir nəfəri əfv etməsinə etiraz edirlər. Prezidentin qərarının utancverici olduğunu deyən etirazçılar sərəncamın hansı məqsədlə verilməsinin izah edilməsini tələb edirlər.


Parlament binası keçirilən "Ayıbdır" aksiyasında isə keçmiş Daxili İşlər naziri Giorgi Qaxarianın Baş Nazir seçilməsinə etiraz edilir. Nümayişçilər bildiriblər ki, 20 iyun hadisələrində günahkar olan G.Qaxarianın Baş Nazir postuna gətirilməsi ölkə üçün utancdır.

 

Mənbə: Apa.az

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN